Əcnəbi rejissor Bakıya dəvət olundu – Teatrsevərlərə müjdə

YUĞ teatrı beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində daha bir irimiqyaslı layihə həyata keçirməyə hazırlaşır.

Bunu Reportyor.az a açıqlamasında teatrın ədəbi hissə müdiri Elçin Cəfərov bildirib: “Bolqar rejissor Xristo Stoyçev teatrda Şekspirin “III Riçard” əsəri əsasında tamaşa hazırlayacaq. Tamaşada cəmi 4 obraz iştirak edəcək. Tamaşanın quruluşçu rəssamının da Bolqarıstandan dəvət olunması planlaşdırılır. Artıq bolqar rəssam Olqa Boseva ilə də ilkin razılıq əldə olunub”.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle