“Ərdoğan BVF-yə üz tutmamaqda haqlıdır, ABŞ-ın sanksiya siyasəti yanlışdır” – AMERİKALI PROFESSOR

Reportyor.az  xəbər verir ki, amerikalı iqtisadiyyat professoru, Cons Hopkins Universitetinin əməkdaşı Stiv Hanke prezident R.T.Ərdoğanın Beynəlxalq Valyuta Fonduna (BVF – IMF) qarşı tətbiq elədiyi siyasətdə haqlı olduğunu söyləyib. Bəlli olduğu kimi, Türkiyə Beynəlxalq Valyuta Fonduna borclarını ödədikdən sonra bir daha borc almayıb. Bir çox mütəxəssislərin BVF-dən kredit götürməyi riskli hesab elədiklərini qeyd edən professor deyib: “Ədoğanın bu günə qədər həyata keçirdiyi ən ağıllı işlərdən biri BVF ilə növbəti dəfə müqavilə imzalamamaqdır. BVF proqramları uğursuz olur, çünki büdcənin məhdudlaşdırılmaları əvəzinə sizə bir sıra şərtlər altında kredit verir”. Hanke Türkiyənin böyük potensialının olduğunu söyləyib, Qətərə qarşı sanksiyaları xatırladıb, bəzi analitiklərin Rusiya və Çin seçimlərini də gündəmə gətirdiyini deyib.

Türkiyəyə qarşı sanksiyalar yanlışdır

Hanke ABŞ və Türkiyə arasındakı S-400 böhranı barəsində isə belə deyib: “ABŞ-ın sanksiya siyasəti yanlışdır. Mən azad bazar iqtisadçısıyam. Prinsipial olaraq, sanksiyalara qarşıyam. Nöqtə. Mən Türkiyənin hərbi avadanlıqları kimdən almaq istəyirsə almasının lazım olduğunun tərəfdarıyam. Rusiyadan almaq istəyir? Alsın. Amerikadan almaq istəyir? Alsın. Mən Türkiyəyə qarşı sanksiyalara və sanksiya təhdidinə qarşıyam. Məncə ABŞ Türkiyə məsələsində səhv edir. Sanksiyalar işə yaramaz. Sanksiyalar düşmənçilik yaradar”.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle