3 yaşlı qız faciəvi şəkildə öldü – BAKIDA

Bakıda 3 yaşlı qız faciəvi şəkildə ölüb.

Reportyor.az  xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu M.Arif küçəsi-129 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 2016-cı il təvəllüdlü Abbasova Ləman Rəfael qızını elektrik cərəyanı vurub. 3 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb./apa/

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle