66 825 abituriyent ərizəsini təsdiqlədi

Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

Reportyor.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ərizələrin qəbulu aprelin 15-dək internet vasitəsilə aparılacaq.

Aprelin 8-i saat 09.15-ə olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 66825 abituriyent öz ərizəsini təsdiq edib.

İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ali təhsil müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz.

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz.

Tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı “Abituriyent” 2 jurnalında tanış olmaq mümkündür.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle