750 manata “Opel”, 3700-ə “Cip” satılır – Hərrac

Milli Elmlər Akademiyası balansında olan mərkəzə məxsus avtomobili 750 manata satışa çıxarıb.

Əmlak Məsələləri Dövlət Komitəsi 9 yanvar tarixində növbəti avtomobil hərracı təşkil edəcək. Hərracda özəlləşdirməyə təqdim edilən ən ucuz avtomobil AMEA-nın “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin təqdim etdiyi “Opel Omeqa” markalı avtomobildir. Maşın üçün ilkin satış qiyməti 750 manatdır.

Bu hərracda Baş Prokurorluq da 2775 manata “Nissan Maksima” markalı avtomobili satışa təqdi edib. Dövlət Neft Fondu isə hərraca 1997-ci ilin “Cip Qrand Şeroki” (“Jeep Grand Cherokee”) markalı avtomobili çıxarıb. İlkin qiymət isə 3716 manatdır.

Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı isə hərraca 2007-ci ilin QAZ-3102 avtomobili təqdim edib. Qiyməti isə cəmi 2000 manatdır.    /Realliq.org/

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle