Xaricdə təhsil alan azərbaycanlı gənclərə ŞAD XƏBƏR

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər.

Davamı

ADAU-nun daha 30 tələbəsi sürücülük vəsiqəsi alıb

Azərbaycan Dövlət Aqrar Universitetin Mühəndislik fakültəsinin nəzdində xeyli vaxtdır traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük kursları fəaliyyət göstərir. Kursu bitirən və sertifikat alan tələbələr müvafiq qaydada testdən keçir sürücülük vəsiqəsi alırlar.  Kursu bitirən daha 30 tələbə Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətin   “Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək” üçün “T”, “TK”, “TT”, “H” kateqoriyaları üzrə onlayn sürücülük testindən keçib.  Test prosesi ADAU-nun Sürücülük kursu və İnformasiya texnologiyaları, elektron qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib. Testdən  əvvəl ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yaradılan kursun əhəmiyyətindən danışbı və tələbələrə uğurlar arzul

Davamı

Direktor və müəlimlərin işə qəbulunda YENİLİK

Müəllimlərin builki işə qəbul qaydalarının layihəsi artıq hazırdır. Bu qaydalara dəyişikliklər ediləcək.

Bunu açıqlamasında Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, yeni qaydalar növbəti həftələr ərzində təsdiq olunacaq: 

“Layihə təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Şöbə müdiri əlavə edib ki, direktorların da işə qəbulu üçün bu il müsabiqənin keçirilməsi nəzərdə tutulur:
“Həmçinin direktorların işə qəbulu qaydalarında dəyişikliklərin edilməsi nəzərdə tutulur. Amma qaydalar hələ hazır deyil”.   /Ölkə.Az/

Davamı

ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları ADAU-da

ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları-pambıqçılıq üzrə mütəxəssis, professor Steven Hague, məsləhət xidməti mütəxəssisi, professor Josh McGinty, tədqiqatçı James Griffin, Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzinin (“AqroMərkəz”) əməkdaşları Teymur Ağayev, Üzeyir Topçubaşov Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər.

Səfərin məqsədi pambıqçılıq sahəsində birgə  elmi-tədqiqat və tədris layihələrinin həyata keçirilməsi məsələlərinin müzakirəsi olub. Qonaqları qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ölkədə pambıqçılığın ikişaf tarixi, hazırki vəziyyəti, dövlət dəstəyinin əsas istiqamətləri, universitetdə bu istiqamətdə aparılan işlər və imkanlar, əməkdaşlıq üçün prioritetlər barədə danışıb.

Davamı

ADAU-da “İnformasiya texnologiyaları sahəsi üzrə karyera imkanları”adlı seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə evinin akt zalında “İnformasiya texnologiyaları sahəsi üzrə karyera imkanları”adlı seminar keçirilib.

Turkustan.info bildirir ki, seminar Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökümət Təlim-Tədris Mərkəzi” MMC ilə birgə təşkil olunub. Seminarda universitetin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov çıxışında son illər universitetdə informasiya texnologiyalarının tətbiqi, kompyuter avadanlıqlarının alınması, yüksək sürətli internetlə təminat, informasiya texnologiyaları üzrə kadr hazırlığı barədə məlumat verib, bütövlükdə əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edib.

“Elektron Hökümət Təlim-Tədris Mərkəzi” MMC-nin

Davamı

ADAU-da tələbələrin xarici dillərdə ümumşəhər elmi-nəzəri konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU)  inzibati binasının akt zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, fransız, rus) ümumşəhər elmi-nəzəri konfransı keçirilib.

Konfrans dövlət himninin səslənməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov müasir Azərbaycanın qurucusu Ümumilli lider Heydər Əliyevin gəncliyin inkişafında olan xidmətlərindən, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin edilməsini

Davamı

ADAU-da “Elektron kənd təsərrüfatı” ilə bağlı tədbir keçirilib

Ölkədə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılmasının mövcud vəziyyəti, qarşıda duran vəzifələr, layihənin icrasında digər qurumlarla yanaşı Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) potensial imkanlarından istifadə ilə bağlı təhsil müəssisəsində  tədbir keçirilib.

ADAU-nun mətbuat xidmətinin xəbərində bildirilib ki, tədbiri giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb.  Rektor deyib  ki,  universitetin maddi-texniki bazasının müasirləşdirilməsi tədbirləri çərçivəsində informasiya texnologiyaları avadanlıqları, proqram və sürətli internetlə təminat, müvafiq ixtisaslar, o cümlədən “yerquruluşu, torpaq və şəhər kadastrı”, “informasiya texnologiyaları” ixtisasları üzrə mütəxəssis hazırlığının aparılması  universitetdə  bu sahədə böyük imkanlar

Davamı

ADAU tələbələri Yeni Zellandiyalı mütəxəssislə birgə müayinə aparırlar

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrin praktik bilik və bacarıqlarının inkişaf etdirilməsi  daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində universitetdə çalışan Yeni Zelandiyalı mütəxəssis, doktor Brain Milestone fakültənin aparıcı müəllimləri və “baytarlıq” ixtisası üzrə təhsil alan tələbələrlə birgə səmərəli fəaliyyət göstərir. Belə ki, təsdiq olunmuş fəaliyyət planına əsasən, auditoriyada aparılan nəzəri təlimlər növbəti gün qabaqcıl təsərrüfatlarda praktiki vərdişlərin öyrədilməsi ilə davam etdirilir.

ADAU-mətbuat xidmətindən bildirilib ki, növbəti praktiki

Davamı

Abituriyentlərə şad xəbər: Pulsuz olacaq – VİDEO

İlk dəfə imtahan verənlər qəbul imtahanında ödənişsiz iştirak edəcəklər.

Turkustan.info-nun məlumatına görə, abituriyentlər əlavə olaraq orta ixtisas təhsili müəssisələrinə və v ixtisas qrupu üzrə də imtahan verə bilərlər. Dövlət imtahan mərkəzi bu il üçün keçid balllarını da açıqlayıb.

Martın 29-dan başlanılan elektron ərizələrin qəbulu aprelin 30-dək davam edəcək… Abituriyentlər ötən ilki kimi həm yaz, həm də yayda keçirilən qəbul imtahanında iştirak edə bilərlər. Bunun üçün onlar yayda imtahanda iştirak etmək istədiklərini də ərizə də qeyd etməlidirlər. I-IV ixtisas qruplarından imtahan verən abituriyentlər sonradan orta ixtisas təhsili müəssisələrinə və V ixtisas qrupu üzrə də imtahan verə bilərlər. Bunu da əvvəlcədən mütləq elektr

Davamı

ADAU-da 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ ilə bağlı tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin Ictimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Aqrar iqtisadiyat, Aqrobiznes və idarəetmə fakültələrində  31 Mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirib.

Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  açıb, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri haqqında ətraflı məlumat verib.  Bildirib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Muğan və Lənkəranda törətdiyi soyqırım nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan yurd-yuvasından didərgin salınıb. Təkcə Bakıda 30 min nəfər xüsusi qəddarlıqla öldürülüb.  Bu gün s

Davamı

ADAU-nun tələbələri üzümlərdə quru bağlama işi aparıb

Azərbaycan Dövlət Aqrar Universitetində təcrübə saatları bir qayda olaraq sahələrdə keilir və tələbələr öyrəndiklərini bu yolla bir daha sınaqdan çıxarır. Nəticədə nəzəriyyə ilə təcrübə tələbələrin seçdiyi ixtisas üzrə daha mükəmməl bilik əldə etməsini gücləndirir.

ADAU-nun mətbuat xidmətindən Turkustan.İnfo-ya bildirilib ki, bu günlərdə tələbələr təcrübə sahələrində tez-tez olur, səpində, üzümlərin budanması və bağlanmasında biliklərini sınaqdan çıxarırlar. Təhsil müəssisəsinin aqronomluq fakültəsinin aqronomluq ixtisasında təhsil alan tələbələr bağçılıq kafedrasının müəllimləri dosent əvəzləri S. Abduləliyeva, M. Ələkbərova və assistent F. Aslanovanın rəhbərliyi ilə Tədris Təcrübə Təsərrüfatının üzümlük sahəsində quru bağlama işi aparıblar. Ilk olaraq müəllimlər quru

Davamı

ADAU-da 100 bal toplayan tələbələrə əlavə təqaüd verildi

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında yüksək bilik nümayiş etdirərək müxtəlif  fənlərdən 100 bal toplayan tələbələrlə görüş olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək dövlətin bütövlükdə aqrar təhsilə olan qayğısının daim artması, təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən müasir təhsil sistemi üçün yüksək səviyyəli layihələrdən olan Tələbə evlərinin istifadəyə verilməsinin təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə imtahanlarda maksimum nəticələr əldə edən tələbələrin sayının artmasına səbəb olduğunu bildirib..

Görüşdə imtahan sessiyasında yüksək bilik nümayiş etdirərək müxtəlif fənlərdən 100 bal toplamış əyani təhsil formasının

Davamı

Prezidentdən Təhsil nazirliyi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

sərəncamda qeyd edilir ki, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin quraşdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 172 000 manatı Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Davamı

ADAU da Novruz bayramının təntənəsi yaşanıb

Xalqımızin mənəvi mədəniyyətinin ayrılmaz hissəsi olan  Novruz lap qədimlərdən yeni il, yazın gəlişi kimi hesab edilib  və onun ilk günü bayram sayılıb. Novruza aid xalq arasında yaşamaqda olan saysız etiqad və əfsanələr sübut edir ki, bu bayramın kökü qədim insanın təbiətin ölüb-dirilməsi haqqındakı ibtidai görüşləri ilə bağlı olub.  

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, bu müqəddəs bayram təhsil müəssisəsinin bütün fakültələrində yüksək coşqu və böyük məhəbbətlə qeyd edilib. Süfrələr səməni, şirniyyatlar və bərəkət rəmzləri ilə  bəzədilib. Milli geyimli tələbə qızlar və oğlanlar bayram sevincini rəqslər, mahnılar, eləcə də novruza aid səhnəciklərlə yaşayıb. Mühəndislik, Aqronomluq fakültəsində isə tədbir daha möhtəşəm formada qeyd edilib. Aqronoçluq fakültəsinin dekanı Məhərrəm İ

Davamı

Buraxılış imtahanları verəcək 9-culara XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi (DİM) 18 martda respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

 DİM-dən Modern.az-a verilən məlumata görə, həmin gün ümumilikdə 36613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

DİM 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr verib. 

  • İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətləri
    Davamı

ADAU-nun fakültələrində Novruz şənlikləri başlayıb

Qışın öz yerini yaza verməyinə sayılı günlər qalıb. Artıq təbiət oyanıb,  baharın ilıq nəfəsi  duyulur. Fəsil dəyişməsinin təntənəsi olan, qədim və tarixi köklərə söykənən  Novruz bayramına hazırlıq hər yerdə hiss edilir. İnsan şüuruna hakim kəsilən bayram isə hər il olduğu kimi yenə könül açıqlığı ilə xeyli əvvəldən başlayıb.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə tələbə və müəllimlər bu bayram günlərində baharın atrubutları və şirniyyat xonçaları ilə bəzədilən bayram süfrəsi arxasında  həmişə bir araya gəlib, bir-birilərinə ən səmimi arzularını çatdırıblar. Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrinin müəllim və tələbələri də bayrama böyük ruh və sevinclə qoşulublar. Musiqi sədaları altında oynayıb, şerlər söyləyib, mahnılar oxuyublar. Fəal tələbələr isə fa

Davamı

Azərbaycanda tələbələr universiteti 4 ildən tez də bitirə bilərlər – RƏSMİ

Azərbaycan ali təhsil siyasəti universitetlərdə tətbiq olunan Boloniya sistemi ilə yürüdülür. Bu sistem tələbəyə əvvəlki sistemdən fərqli olaraq daha geniş imkanlar və sərbəstlik verir. Boloniya sisteminə görə, tələbə universitetdə məcburi saxlanılmır. O, istənilən vaxt mühazirələrə gələ bilər, ən əsası keçilən dərs barədə məlumatları oxuduğu fakultədən elektron variantda götürə və semestr sonu gəlib imtahanını verə bilər.
Universiteti 4 ildən tez bitirmək faktı da Boloniya sisteminin prinsiplərindən biri hesab edilir.

Bəs görəsən universiteti 4 ildən tez bitirmək təcrübəsi yerli ali təhsil ocaqlarında tətbiq olunurmu?

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq b

Davamı

ADAU-da fermerlər üçün daha bir seminar keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) mühəndislik fakültəsində fermerlərin iştirakı ilə növbəti seminar keçirilib.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə “Aqrar sahədə yüksək məhsuldar maşınlar kompleksindən səmərəli istifadə” möv­zusunda olan elmi-praktik seminarı giriş sözü ilə təhsil müəssisəsinin Elmi işlər üzrə prorektoru Nizami Seyidəliyev açıb, tədbirdə iştiraka görə fermerlərə təşəkkürünü bildirib. Qeyd edib ki, ölkədə aqrar sahənin inkişafına dövlət dəstəyinin prioritet istiqamətlərindən biri kənd təsərrüfatı texnikası ilə təchizatdır.

Seminarda bildirilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 06 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respubl

Davamı

“Aqrokimya”: ADAU-nun alimləri YENİ KİTAB yazıb

Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüsynovun, həmin kafedranın dosentləri Namiq Hüseynovun və Kəmalə Məmmədovanın birlikdə yazıb ərsəyə gətirdiyi “Aqrokimya” dərsliyi çapdan çıxıb. Ali məktəblər üçün dərslik kimi Təhsil Nazirliyinin F-50 saylı əmri ilə təsdiq edilən kitab bir sıra yeniliyi və səciyyəvi xüsusiyyəti ilə diqqəti cəlb edir. Kitab həm də ADAU-nun 90 illiyinə həsr edilib. İlk olaraq onu deyim ki, dərslik olduqca sadə və anlaşılan dildə yazılıb və aqrokimyanın hədəfləri bütün incəliklərinə qədər açılıb. Sadə dillə yazılan kitab isə tələbələr, eləcə də bu sahə ilə məşğul olanlar tərəfindən tam mənasında qavranılandır.
M

Davamı

ADAU-dan Xocalı məktəblilərinə hədiyyə

26 fevral 2018-ci ildə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimindən sonra, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tərəfindən Xocalı rayon Təhsil Şöbəsi Kosalar kənd tam orta məktəbinin təmir olunan kimya-biologiya kabinəsinin açılışı olub.
Açılışda iştirak edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edib və deyib ki, Xocalı faciəsi xalqımızın, bötüvlükdə bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biridir. Rektor bildirib ki, bü gün dövlətimizin diqqət və qayğısı sayəsində məcburi köçkünlər, o cümlədən ,Xocalı sakinləri üçün müasir yaşayış evləri, məktəblər, bağçalar və digər infrastruktur obyektlər istifadəyə verilir. Bununla belə, ADAU ailəsi olaraq, Xocalı məktəbliləri üçün bir hədiyyə etməyi biz də özümüzə borc b

Davamı

Kənd Təsərrüfati Nazirliyindən ADAU-ya növbəti dəstək

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi texniki bazasının daha da təkmilləşdirilməsi, kənd təsərrüfatı sahələri, o cümlədən “baytarlıq” ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təhsil müəssisəsinə böyük dəstək göstərilir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi, baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində yaradılmış müasir baytarlıq klinikasının əlavə avadanlıqlarla təchizatını göstərmək olar. Belə ki, artıq 41 adda inventar və avadanlıqlar klinikaya təhvil verilmişdir. Avadanlıqlar sırasında biotəhlükəsizlik şkafı, PSR, elektroforez, spektrofotometr, mikroplanşet rider, mikroplanşet yuyucu və s. universitetdə mütəxəssis hazırlığına çox bö

Davamı

ADAU-nun fakültələrində və tələbə evində Xocalı faciəsinin dəhşətləri dilə gətirilib

Xocalı faciəsi nə qədər acı olsa da hər il onu xatırlamaq yaddaşların təzələnməsi, tarixi həqiqətlərin yenidən dilə və gündəmə gətirilməsi kimi də əhəmiyyətlidir. Xalq bir də onda məğur görünür ki, taleyinə yazılan acılardan sabahına boylanır, atacağı addımı düşünür və qisas alacağına, haqqa qovuşacağına inanır. 
ADAU-nun mətbuat xidmətinin xəbərinə görə hər il olduğu kimi yenə təhsil müəssisəsinin bütün fakültələrində və tələbə evində Xocalı faciəsi kədər və sabaha inam ruhunda anılıb, bunun soyqırım olması faktların dili ilə təsdiqini tapıb. Aqronomluq fakültəsində və tələbə evində keçirilən anım tədbirlərindən əvvəl faciəni əks etdirən sərgiyə baxılıb. Toplantıdan əvvəl Xocalı soyqırımına aid filmə baxılıb, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Davamı

Türkiyənin Gəncədəki baş konsullugunda Xocalı soyqırımının ildönümü qeyd edilib

Xocalı soyqırımı ilə bağlı  Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğuda geniş tərkibli tədbir keçirilib. Tədbirə iş adamları, universitetlərin  professor-müəllimləri, media nümayəndələri və  tələbələr  dəvət olunmuşdular. Çıxış edənlər xalqımızın yaşamış olduğu Xocalı soyqırımından danışıb, tarixi həqiqətləri dilə gətirib, şəhid olanların ruhuna ehtiramlarını bildiriblər.

Konsulluqda keçirilən anım mərasimində Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elgün Aslanov, Yerquruluşu  kafedrasının dosenti Aslan Alıyev, Beynəlxalq Əlaqələr Şöbəsinin mütəxəssisi Elşad Qarayev də iştirak edib.

Tarixçi Elgün Aslanov çıxış edib və bildirib ki, cinayətkar e

Davamı

Gədəbəyli müəllim statistikanı alt-üst etdi: Fənn olimpiadasında qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir – MÜSAHİBƏ

Saytımızı bir qədər izləyənlər bilir ki, peşəsini sevən, fəaliyyəti təkcə sinif otağına girib dərs deməkdən ibarət olmayan, şagirdinə müəllim deyil, dost münasibəti göstərən müəllimlərə dəstək oluruq. Bu dəfə də həmin gənc müəllimlərdən biri ilə sizi tanış edəcəyik. 27 yaşlı Tural Topçuyev doğulub-böyüdüyü Gədəbəy rayonunda Coğrafiya müəllimi işləyir.

Deyir, Gədəbəy yeganə rayonlardandır ki, orada demək olar ki, bu fənni tədris edən müəllim yoxdur.  Çalışır ki, rayondakı bütün məktəblilərə bu sahədə yardımçı olsun. Vəzifəsinin öhdəsindən olduqca gözəl gəlir. Elə bu səbəbdəndir ki, rayonda keçirilən fənn olimpiadalarda qalib gənclərin əksəriyyəti Tural müəllimin şagirdi olur.

Tural Topçuyev Gəncə Dövlət Universitetinin T

Davamı

Yeni Zelandiyalı mütəxəssis ADAU-da çalışacaq

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində Yeni Zelandiyalı mütəxəssis, doktor Brain Milestone 3 ay müddətində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) çalışacaq.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşən Brain Mileston ADAU-da çalışmağa başlamasından məmnunluq hissi keçirdiyini bildirib. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbələrinin praktiki bilik və bacarıqlarının artırılması sahəsində fəaliyyət göstərəcək mütəxəssis universitetdə yaradılan  şəraiti çox yüksək qiymətləndirib. Rektor İbrahim Cəfərov bütövlükdə aqrar təhsilə dövlət dəstəyi, universitetin maddi-texniki bazasın

Davamı

ADAU tələbələrinin uğur forumu: Qüdrət Həbibli Macarıstan təəssüratlarından danışdı

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Qüdrət Həbibli də  Macarıstanın Dunayvaroş Universitetindən qayıdıb. O, ADAU-nun Aqrar iqtisadiyyat fakültəsinin dünya iqtisadiyyatı ixtisasının tələbəsidir və 4-cü kursun 1-ci semestrini Dunayvaroş Universitetində biznesin idarə edilməsi üzrə oxuyub. Gəncədəki doğma universiteti ADAU-ya  qayıdan Qüdrət orda gördüklərini bizimlə bölüşdü.

 -Qüdrət, necə oldu ki, sən Macarıstanda oxumaq şansı əldə etdin? Yad ölkə, başqa dildə təhsil bunlar çətin deyildi ki?    

  – ADAU-da ən yüksək səviyyədə təhsil verilir. Bunun üçün hər şərait yaradılıb. Maddi-texniki baza,  müasir auditoriyalar, müəllim tələbə münasibətləri tədrisin keyfiyyətini artıran səbəblərdəndir.  Təbii ki, bundan yararlanmaq, seçilən ixtisasa ta

Davamı

I, II, IV və V ixtisas qruplarına yeni ixtisaslar əlavə edildi – SİYAHI

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib.

Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən dəyişikliklərə görə, qaydaların 1 nömrəli əlavəsində “İxtisas qrupları və ixtisaslar” üzrə I ixtisas qrupu sütununda “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası ləğv edilib.

Əvəzində I ixtisas qrupu sütununa aşağıdakı məzmunda 79-84-cü hissələr əlavə edilib:

79. İnformasiya texnologiyaları

80. Sistem mühəndisliyi

81. Sənaye mühəndisliyi

82. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

Davamı

ADAU-nun “AQRAR MƏSLƏHƏT XİDMƏTİ”nin üzvləri Şəmkir fermerləri ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən “Aqrar Məsləhət Xidməti”nin (AMX) bir qrup mütəxəssisi Şəmkir rayonu Kənd Təsərrüfatı İdarəsində istixana şəraitində pomidor becərən fermerlər və yerli kənd təsərrüfatı qurumlarının (Kənd təsərrüfatı idarəsi, Bitki mühafizəsi mərkəzi və s.) iştirakı ilə növbəti elmi-praktiki seminar keçirib.

 Seminarı giriş sözü ilə açan Aqrar Məsləhət Xidmətinin rəhbəri Vüqar Bəşirov aqrar sahəyə dövlət qayğısından söz açmış, bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün alimlərin tədqiqat nəticələrinin istehsalatda tətbiq olunmasının vacibliyini vurğulamış və məsləhət xidmətinin məqsədi, vəzifələri, fəaliyyət istiqamətləri haqda məlumat vermişdir. O, universitetin torpaq və bitki analizlərini həyata keçirən mü

Davamı

ADAU-da fermerlər üçün quşların bəslənməsinə dair seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində fermerlərlə keçirilən növbəti elmi-praktik seminarda quşların bəslənməsi məsələsi müzakirə edilib.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov giriş nitqində aqrar sahəyə dövlət qayğısından və bütövlükdə bu sahədə daha yüksək məhsuldarlığa nail olmaq, universitet-sənaye əməkdaşlığını genişləndirmək baxımından belə seminar-görüşlərin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin  yekunlarına həsr edilən 

Davamı

ADAU-da fermerlər üçün növbəti seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tədris binasında  fermerlər üçün “İribuynuzlu qaramalın bəslənməsi” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor  İbrahim Cəfərov qeyd edib ki, aqrar sahədə heyvandarlığın yeri, heyvandarlığa dövlət dəstəyi, o cümlədən cins mal-qara ilə təchizat, süni mayalanma yolu ilə alınan buzovlara görə birbaşa maliyyə vəsaitinin ödənilməsi kimi tədbirlər bu sahənin dinamik inkişafı ilə müşahidə olunub.  Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti  tərəfindən icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçi

Davamı

I siniflərə şagird qəbulunun qaydaları dəyişdi

2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulu elektron sistem vasitəsilə keçiriləcək. Onlayn ərizə qəbulu Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində tətbiq ediləcək.

Təhsil Nazirliyindən virtualaz.org saytına bildiriblər ki, I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində fevralın 22-də, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə isə martın 12-də başlayacaq.

Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat Mərkəzlərində

Davamı

“Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsində ADAU-nun da yeri var

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstək verilməsi məqsədi ilə keçirilən “Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsi başa çatıb.
Təqaüd fondunun ümumi miqdarı 3000 manat olub. Müsabiqəyə daxil olan müraciətlər komissiya tərəfindən dəyərləndirilib, 2 tələbə könüllünün hər birinə 500 manat məbləğində birdəfəlik təqaüd verilməsi qərara alınıb. Həmçinin, könüllüllük fəaliyyətinə stimullaşdırılmasına dəstək məqsədi ilə 20 tələbə-könüllünün hər birinə 100 manat pul mükafatı ayrılmasına qərar verilib. Seçilmiş tələbələrdən biri ADAU-nin “dizayn” ixtisası üzrə 1-ci kurs tələbəsi Ağgül İbrahim qızı Əhmədovadır.
Fevralın 8

Davamı

ADAU-nun Tələbələri Qış Liderlik Məktəbində iştirak hüququ əldə ediblər!

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının üzvləri, Leyla Kərimova,Əlrəhman Verdiyev və Eşqin Daşdəmirov Gənclər və İdman Nazirliyinin və ATGTİ-nin birgə həyata keçirdiyi “Qış – Liderlik Məktəbi” Mingəçevir layihəsinə iştirak hüququ qazanıblar.Tələbələr artıq Mingəçevirdə layihəyə qoşulublar.

ADAU-nun mətbuat xidməti bildirib kii, Gənclər və İdman Nazirliyi və ATGTİ-nin birgə həyata keçirdiyi layihə 5-11 fevral aralığını əhatə edəcək. Artıq 10-cu dəfədir ki, keçirilən “Liderlik məktəbi” layihəsində Respublikada fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsil müəssisələrinin seçilən yalnız I və II kurs bakalavr tələbələri iştirak edirlər. Gənc liderlərin yetişdirilməsinə yönələn bu layihə gənclərə liderlik, komanda işi, hədəfə çatmaq

Davamı

Azərbaycanda yeni konseptlə lisey açıldı

Hədəf Liseyi, 2018-2019-cu tədris ilində fəaliyyətinə başladığını və müvafiq tədris ili üçün şagird qəbulu elan edir.
Hədəf Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək arzusuyla “Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. Şagirdlər üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması ilə birlikdə, lisey təhsil proqramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşmə

Davamı

Təhsil haqqını ödəyə bilməyən tələbələrin DİQQƏTİNƏ!

“Maarifçi” Tələbə Kredit Fondu təhsil haqqını ödəyə bilməyən tələbələrin kredit alması üçün müraciətlərin qəbuluna başlayıb.

Fonddan Modern.az-a verilən məlumata görə, tələbələr martın 15-dək kredit almaq üçün müraciət edə bilərlər. Təqdim olunacaq faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Təhsil kreditlərinin növ

Davamı