Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində tanınmış xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikovun 66 illik yubileyinə həsr edilmiş yaradıclıq gecəsi keçirilib. Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, Corat Qəsəbə Bələdiyyəsi və Corat Qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Tədbirin aparıcısı Azərbaycan Respublikasinin Əməkdar artisti Cəlal Məmmədov çıxış edərək, sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin

Davamı

Azərbaycan xalçası Metropoliten İncəsənət Muzeyinin rəsmi səhifəsində- RÖYA TAĞIYEVANIN ÖLKƏ ADINA DAHA BİR UĞURU

Nyu-Yorkun (ABŞ) Dünyaca məşhur  Metropoliten İncəsənət Muzeyinin (MET) rəsmi internet səhifəsində  “Azərbaycan  xalçaçıları” İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevanın “Traditions of the Azerbaijani Carpet” təqdimatı yerləşdirilib.

Davamı

Krım torpağında “Sonsuz mərhəmətlilik”

Hər bir dövlətdə olduğu kimi, Krım torpağında da Azərbaycanın mədəniyyətindən başlamış bütün incəliklərinə qədər təbliq edən “Krım azərbaycanlıları milli-mədəni muxtariyyatı” fəaliyyət göstərir ki, həmən milli-mədəni muxtariyyatın uğurları həddən çoxdur. Bu gün Azərbaycanın dəyərlərini təbliğ etməyin hər bir vətəndaşın borcu olduğunu mulli-mədəni muxtariyyatın sədri – hüquq elmləri doktoru, dosent Abasov Hafiz Həsən oğlu, sədr müavinləri – Muxtarova Arifə Mübariz qızı və İsmailov İltifat Oqtay oğlu, bir sözlə, bütün heyyət üzvləri çox dərindən anlayır və bu yolda can-başla əllərindən gələnləri əsirgəmirlər. Əlbəttə ki, hər bir işdə çətinliklər olduğu kimi diasporaların da özünəməxsus çətinlikləri olur. Ancaq bu çətinliklərin olmasına baxmayaraq Krım torpağında bütün çətinliklərə sinə gərilir, diaspora işlərinin nə dem

Davamı

“İrəvandan başlanan yol” – Eynəddin Məmmədovun mübarizəyə səsləyən əsəri

Sahib İBRAHİMLİ

Filologiya elmləri namizədi, əməkdar mədənyyət işçisi

 Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə  digər çap materialları bu qaim-qədim yurd yerlərimizlə bağlı qan yaddaşımızı daha da möhkəmləndirir, qəlbimizdə düşmənə nifrət və qəzəb hisslərini  çoşdurur, bizi torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizəyə ruhlandırır. Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Eynəddin Məmmədovun təzəcə işıq üzü görmüş  “İrəvandan başlanan yol” (Bakı—2018) adlı kitabı da  bu baxımdan diqqəti cəlb edir. Azərbaycanın bu doğma və uludan ulu bölgəsində yaşayan soydaşlarımızın həyat və məişətini, tarixi faciələri

Davamı

Azərbaycan Xalq Cumhuriyyəti dövründə dövlət-din münasibətləri

Azərbaycan dövlətçiliyi tarixinə ilk respublika kimi düşmüş Azərbaycan Xalq Cumhuriyyəti qısa müddətli fəaliyyəti (28.05.1918- 27.04.1920-ci illər) dövründə Milli İstiqlal Bəyannaməsi ilə dövlət müstəqilliyini elan etmiş və onun dünyanın aparıcı dövlətləri tərəfindən tanınmasına  nail olmuşdur. Bununla da xalqın milli mənlik şüurunu özünə qaytarmış,  Şərqdə, Türk dünyası və İslam aləmində ilk demokratik, dünyəvi, parlamentli dövlət qurmaqla, zəngin mədəniyyətə və ulu tarixi keçmişə sahib sivil millət olduğunu bütün dünyaya tanıtmışdır. Ulu Öndərimiz Heydər Əliyev 30 yanvar 1998-ci il tarixində   “Azərbaycan Xalq Cumhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında”  imzaladığı Sərancamda göstərmişdir: “Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi,

Davamı