Azərbaycanın 16 milyard manat borcu var – RƏSMİ

1 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 mlrd. 398,3 mln. ABŞ dolları (15 mlrd. 978,1 mln. manat) olub.
Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22,8% (2017-ci il üçün hesablanmış 70 mlrd. 135,1 mln. manat ÜDM-ə nisbətdə) təşkil edib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.   /Minval.İnfo/

Davamı

Manatın “aralıq rejimi” nə vəd edir? – Vahid Əhmədov

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib ki, Azərbaycanda ABŞ dollarının məzənnəsinin uzun müddətdir ki, 1,7001 manat səviyyəsində qalması “üzən məzənnə” rejimindən imtina edilməsi anlamına gəlmir. Baş bankir əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşması və yaxud bahalaşmasını istəmədiklərini, odur ki, məzənnə siyasətində “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edildiyini bildirib.

Mövzu ilə bağlı bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun Axar.az-a müsahibəsini təqdim edirik:

– “Üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” özündə hansı siyasəti ehtiva edir?

Davamı

ABŞ-da dollarla bağlı VACİB QƏRAR qəbul edilib

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

 FED uçot dərəcəsini 1,25-1,5% səviyyəsində saxlayıb.

Qeyd edək ki, sonuncu dəfə FED dekabrın 13-də uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%- dək artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

Qeyd edək ki, uçot dərəcəsinin artırılması dolların məzənnəsinin möhkəmlənməsinə birbaşa təsir edir.

Davamı

İşsizlik müavinəti ləğv olunur

Nazirlər Kabineti “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin fərmanının icrası ilə əlaqədar bəzi qərarlarını ləğv edib.

Bununla əlaqədar Nazirlər Kabinetinin “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarı ləğv edilib.

Ləğv edilmə ilə bağlı qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, işsizlik müavinəti Konstitusiyanın “Sosial müdafiə hüququ” maddəsi ilə tənzimlənirdi.

Davamı

“DəmirBank”ın filialının xanım müdiri məhkəmə zalından həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər – “Dəmir Bank” ASC-nin Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Adıçəkilən şəxslərin hər birinin himayəsində azyaşlı uşaqları var.

Zərərçəkmiş tərəf vəsatət verərək istintaq dövründə ev dustaqlığında olan F.Rəşadətlinin həbs edilməsini istəyib, məhkəmə vəsatəti təmin edib. Keçmiş filial müdiri məhkəmə zalında həbs edilib.

Proses noyabrın 21-də davam etdiriləcək.

İttihama görə, adıçəkilən şəxslər 8 nəfərin 3 milyon manatını mənimsəyiblər.

Davamı

SOCAR-ın binasının tikintisinə xərclər açıqlandı

SOCAR-ın yeni inzibati binasının (“SOCAR Tower”) tikintisinə çəkilən xərcin məbləği açıqlanıb.”Layihənin podratçısı olan “Tekfen” şirkətinin məlumatına görə, binanın tikintisi 414 mln. 237,659 min dollara başa gəlib.

2017-ci ilin sentyabrın 15-nə “SOCAR Tower”də işlərin 99,2%-i başa çatıb. “Tekfen” bildirir ki, hazırda binada 3 mln. 286,310 min manat məbləğində dəyərləndirilən iş qalıb.

“SOCAR Tower” Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən 5 il ərzində ərsəyə gəlib. “SOCAR Tower” beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir./APA

Davamı

AZAL sərnişinlərini aldadır – FAKTLAR

Şirkətin yarıtmaz fəaliyyəti onun xidmətindən istifadə edənlərin sayını azaldır

Son illər Azərbaycanın hava nəqliyyatında əsas yeri tutan AZAL-dan şikayətlər artmaqdadır. Sözügedən şirkətin zaman-zaman tətbiq etdiyi “yeniliklər”, yaxud müştərilərin rahatlığının əksinə olaraq onların narahatlığına gətirib çıxaran “islahatlar” hər ötən gün AZAL-dan olan şikayətlərin artmasına səbəb olur. Məsələ kifayət qədər ciddi xarakter daşıdığından təkcə bu şirkətin xidmətlərindən istifadə edən sadə vətəndaşlar deyil, eləcə də məmurlar, millət vəkilləri də AZAL-dan gileylənir, onun xidmət səviyyəsini açıq şəkildə tənqid edirlər. Hətta bir neçə dəfə qanunverici orqanın iclaslarında belə bir sıra millət vəkilləri açıq şəkildə AZAL-ı tənqid edib, onun yarıtmaz fəaliyyətindən bəhs ediblər. Nəzər alsaq ki, Hava Limanı bir ölkənin əsas giriş qapısı hesab

Davamı

BTQ-nin region ölkələri üçün əhəmiyyəti Avropa mediasının gündəmində

Avropa İttifaqı (Aİ) məsələlərini işıqlandıran “EurActiv” xəbər portalında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi barədə məqalə yayımlanıb. Məqalədə BTQ dəmir yolunun açılış mərasimindən ətraflı bəhs edilir, Azərbaycan Prezidenti İlham Əliyevin və digər nüfuzlu qonaqların çıxışlarından sitatlar gətirilir.

Məqalədə yenicə istifadəyə verilmiş BTQ dəmir yolu xəttinin tikintisi barədə məlumat verilərək, onun region ölkələri üçün əhəmiyyəti, Böyük İpək Yolunun reallaşması istiqamətində töhfələrdən bəhs olunur.

Eyni zamanda, yeni dəmir yolunun Avropa və Çin arasında quru əlaqəsi üçün tələb olunan vaxta əhəmiyyətli dərəcədə qənaət etməyə imkan yaratdığı vurğulanır. Trend.az

Davamı