Türkiyə ordusu yenə çalxalandı, yüksək rütbəli hərbçilər saxlanıldı

Məhkəmənin qərarı ilə Türkiyənin 19 vilayətində şübhəlilərin saxlanılması üzrə əməliyyat keçirilib

Türkiyədə FETÖ şəbəkəsinə qarşı keçirilən istintaq çərçivəsində Quru Qoşunları Komandanlığının 68 üzvü haqqında saxlanılma qərarı verilib. Bu barədə Saytımız “Anadolu” agentliyinə istinadən xəbər verir.

Ankara Baş Prokurorluğundan verilən məlumata görə, Quru Qoşunları Komandanlığının 68 üzvü terror təşkilatının imamları ilə müntəzəm olaraq xəbərləşib. Məhkəmənin qərarı ilə Türkiyənin 19 vilayətində şübhəlilərin saxlanılması üzrə əməliyyat keçirilib. Bu ana qədər əməliyyatlar nəticəsində 19 nəfərin saxlanıldığı, onların ifadə vermək üçün Ankaraya gətiriləcəyi bildirilir.<

Davamı

Tibb Universitetində keçirilən aksiya ilə bağlı RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi bir neçə gün əvvəl Tibb Universitetində rezidenturaya qəbul olmaq istəyən namizədlərin keçirdiyi etiraz aksiyası ilə bağlı məlumat yayıb.

Aksiya keçirənlər 2018-2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin azaldılmasından və bu barədə gec məlumatlandırılmalarından narazılıq ediblər.

Saytımız Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, narazı namizədlər nazirliyə müraciət edib. Müraciət edənlər nazirlikdə nazir müavini və digər əməkdaşlar tərəfindən qəbul olunublar. Həkimlərə müvafiq izahatlar verilib, onların sualları ətrafında müzakirə aparılıb.

Müraciət edənlərə məlumat verilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nö

Davamı

Ziya Məmmədovun Bakıdakı villasında yanğın

Ziya Məmmədova məxsus olan mülklərdən birində səhər saatlarından yanğın başlayıb. Belə ki, elektrik şitində qəfil alovlanma baş verib və yanğının böyüməsinin qarşısı alınıb.

Villanın mühafizəçiləri bildirib ki, yanğının böyüməməsi üçün hadisə yerinə dərhal FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları çağırılıb və qarşısı qısa müddətdə alınıb.  /minval.info/

Davamı

Bakı metrosunda HƏYƏCAN – Sərnişinlər qatardan boşaldıldı

Bu gün səhər saat 08.30 radələrində “Dərnəgül”istiqamətində gedən qatar dayandırılıb və içərisindəki sərnişinlər boşaldılıb.

“Bakı Metropoliteni” QSC-nin metbuat xidmetinin rəhbəti Bəxtiyar Məmmədov bildirib ki,”Dərnəgül”istiqamətində hərəkət edən qatarın idarəetməsində müəyyən problem yaranıb. Onun sözlərinə görə, “Azadlıq” stansiyasına qədər qatarlar avtomatik idarəetmə ilə tənzimlənir və bu stansiyaya qədər qatarların intervalında heç bir problem yoxdur: ” Yalnız “Dərnəgül” stansiyasında problem olur. Bu stansiyada dispeçerlər əl ilə idarəetməyə keçiriblər. Bu baxımdan ola bilər ki, yubanma olsun. Problemin aradan qaldırılması üçün işlər görülür. Yaranan problem aradan qaldırılana qədər ola bilər ki, sərnişinlər “Azadlıq” stansiyasında qatardan boşaldılsın. Yalnız sərnişinlərin təhlükəsizliyi baxı

Davamı

İran rejimi devrilir, yeni respublika belə olacaq – Şok

İranda sosial, iqtisadi və siyasi dəyişiklik olmalıdır. Buradakı rejimin dağılması qaçılmazdır və qələbə mütləqdir. İran tezliklə azadlığa qovuşacaq. Mövcud rejim devrilmək üzrədir.

Bu sözləri İran Müqavimət Şurasının sədri Məryəm Rəcavi deyib.

“İranda hökumətin zəiflədiyinə dair sübutlar var. Birincisi, gənclər qorxmadan, tərəddüd etmədən ayağa qalxıb. İkincisi, rejimin təzyiqlərinə rəğmən, iş yerlərində etirazlar davam edir. Üçüncüsü, qiymətlər qalxır, yoxsulluq dərinləşir və rejim buna əncam çəkə bilmir”, – o bildirib.

Rəcavi ABŞ sanksiyalarının İran hökumətini daha ağır vəziyyətə saldığını deyib:

“Rejimin süqutundan sonra altı aylıq müvəqqəti hökumət qurulaca

Davamı

Azərbaycan polisi 100 yaşını qeyd edir

Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilir.

Mərasimdə Azərbaycan prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və DİN-in Baş İdarə, idarə, şöbə, bölmə rəisləri iştirak edir. /oxu.az/

Davamı

Gülən Ərdoğanın qələbəsindən danışdı – “Allah…” – VİDEO

Hər şeyin doğrusunu Allah bilər. O nə diləsə, o da olar.

Bu sözləri FETÖ lideri Fətullah Gülən Türkiyədə 24 iyunda keçirilmiş seçkilərin nəticələri barədə danışarkən deyib.

Gülənin bu açıqlaması qruplaşma daxilində birmənalı qarşılanmayıb. Bəziləri açıqlamanın seçki nəticələrinin açıqlanması ilə birlikdə bütün ümidlərin tükənməsi anlamına gəldiyini bildirib. Burada Gülən “Allah belə istədi” deməklə tərəfdarlarının dini inancının arxasında gizlənməyə çalışıb.

https://youtu.be/nL2uS2baNtc

/ednews.net/az

Davamı

İran Ukrayna ilə dəyişdiriləcək? – Putin və Trampın görüşündən MÜMKÜN NƏTİCƏLƏR

Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Trampın iyulun 16-da Helsinkidə keçiriləcək görüşünü dəyərli dialoqun başlanğıcı hesab etmək olar, ancaq ondan sürətli nəticələri gözləmək lazım deyil. Bununla belə, sammit sonrakı eskalasiyanın dayandırılması üçün siqnal ola bilər.

Belə fikirləri ABŞ və Rusiya liderlərinin qarşıdakı görüşünü şərh edən politoloqlar “RİA-Novosti” agentliyinə açıqlamalarında səsləndiriblər.

Ekspertlər qarşıdakı sammitdə neft ixracının artırılması və Suriyadakı vəziyyətin, həmçinin Rusiyanın İran, ABŞ-ın isə Ukrayna üzrə qarşılıqlı güzəştlər imkanının müzakirə olunacağını bildirirlər. Kremldə daha əvvəl bildiriblər ki, prezidentlər görüşdə ikitərəfli münasibətlərin sonrakı inkişafının perspekti

Davamı

Azərbaycanda yeni NAZİR TƏYİNATI

Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib. 
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 28-də fərman imzalayıb.
Qeyd edək ki, Bəhruz Bayramov bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.  /BakuPost/
Davamı

Alimentin ödənilməsi üçün yeni mexanizm yaradılır – VİDEO

Alimentin ödənilməsi ilə bağlı yeni mexanizm yaradıla bilər.
Yəni, aliment ilkin olaraq dövlət büdcəsindən ödəniləcək. Daha sonra isə icraedici şəxslər alimentin məbləğini faizi ilə birgə dövlət büdcəsinə qaytarmalıdır. Bunun üçün qanunvericilikdə dəyişiklər edilməlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aliment Fondunun yaradılması üçün Nazirlər Kabinetinə rəsmi şəkildə təklif göndərib.
Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, yeni mexanizmə görə məhkəmə qərarı ilə məsulliyətə cəlb edilən şəxs alimenti ödəmədiyi təqdirdə məşğulluğa cəlb ediləcək.
Davamı

Azərbaycan və Ermənistan nazirləri görüşərsə… – Rusiya

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşündən məhsuldar nəticə gözləyirik.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Əgər həqiqətən də bu görüş baş tutsa, effektiv nəticələr arzu edirik. Çünki bu görüş iki dövlətin gündəliyində duran problemlər üçün olduqca vacibdir”, – deyə XİN sözçüsü bildirib.  /Axar.az/

Davamı

Novruz Məmmədova yeni vəzifə həvalə olundu – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Neft Fondu Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilib:

Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri

Valeh Ələsgərov – Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Davamı

Qum krallığı: Səhra “ərəb cənnətini” udur

İnsanın səhrada cənnət yaratmaq kimi cəhdləri heç də həmişə yaxşı nəticələr vermir.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səhrada tikilmiş yollar, şəhərlər, göydələnlər və ticarət mərkəzləri göz oxşayır. Lakin təbiət insanın müdaxiləsinə dözmür və qum tədricən ölkənin yollarını, yaraşıqlı tikililərini udmağa başlayır.

BƏƏ də inkişafa inanılmaz sürətlə nail olub. Misal üçün, Dubay şəhəri cəmi bir neçə onilliyə boş səhrədan dünyanın ən baxımlı liman şəhərinə və sıx meqapolisinə çevrilib.

Lakin insanın səhrada cənnət yaratmaq kimi cəhdləri heç də həmişə yaxşı nəticələr vermir və biz tez-tez təbiətlə insanın döyüşünün şahidi oluruq. BƏƏ təbiətlə insan qarşıdurmasının bariz nümunəsi olan

Davamı

ABŞ Türkiyəni yenə təhdid etdi: “S-400″ləri alsan…

Türkiyə Rusiyadan “S-400” tipli zenit-raket kompleksləri alacağı təqdirdə ABŞ rəhbərliyi Ankaraya qarşı sanksiyalar tətbiq edəcək.

Saytımızın türk mediasına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yess Mitçell deyib.

“Biz açıq-aydın Türkiyəyə anlatdıq ki, “S-400”-lərin əldə edilməsi fəsadlarla nəticələnəcək. Biz “Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanuna uyğun olaraq sanksiyalar tətbiq edəcəyik”, – deyə Mitçell qeyd edib.

Onun sözlərinə görə, adıçəkilən sövdələşmə Türkiyə-ABŞ münasibətlərinə zərbə olacaq və əvvəlki əlaqələrin bərpasını çətinləşdirəcək. 

Davamı

“Müharibənin yalnız birinci mərhələsi başa çatıb” İlham Əliyev: "Azərbaycan heç vaxt işğalla barışmayacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək"

“Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb”. APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik

“Müharibənin yalnız birinci mərhələsi başa çatıb” İlham Əliyev: "Azərbaycan heç vaxt işğalla barışmayacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək"" href="http://reportyor.az/?p=87716">Davamı

Müstəqil Azərbaycanın müdafiə nazirləri – 11 nəfər KİMDİR…

26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür. Azərbaycan Respublikası ikinci müstəqillik dönəmində Müdafiə Nazirliyini yaradanda hələ keçmiş SSRİ-dən ayrılmamışdı. Amma o zaman artıq SSRİ adlı imperiyanın dağılacağına şübhələr qalmamışdı. SSRİ-nin tərkibində olan və müstəqilliyini elan etməmiş Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb. 

Saytımız Modern.az-a istinadən məlumatına görə, Azərbaycanın ilk müdafiə naziri postuna o zaman Sovet ordusunda tanınmış hərbçi, general-leytenant Valeh Bərşadlı təyin olunub. Müdafiə Nazirliyinin ilk zabitləri isə general Bərşadlı, general-mayor Dadaş Rzayev, general-mayor Arif Salahov və polkovnik Telman Mehdiyev olub.

Həmin il (1991) oktyabr ayının 9-da Ali Sovet Silahlı Qüvvələrin y

Davamı

Dünya Çempionatında biabırçılıq – İranlı azakeşlər hotelin önündə… – VİDEO

Dünya Çempionatının B qrupunda mübarizə aparan İranla Portuqaliya arasında bu gün III tur çərçivəsində baş tutacaq vacib görüşdən əvvəl iranlı azarkeşlər qəribə üsula əl atıblar.

Qrupda 3 xalla 3-cü yeri tutan millinin tərəfdarları Portuqaliya millisinin məskunlaşdığı Rusiyanın Saransk şəhərindəki “Merkuri” hotelinin önündə parti təşkil ediblər.

Azarkeşlər bununla Portuqaliya yığmasının dincəlməsinə və yatmasına mane olmaq istəyiblər. Onların məqsədi millinin bugünkü oyuna yorğun və yuxusuz çıxmasını təmin etmək olub.Azarkeşlərin əsas hədəfi isə Portuqaliya yığmasının aparıcı futbolçusu Kriştiano Ronaldo olub.

https://youtu.be/xiqdZQIo_DI

/Publika.az/

Davamı