Ziya Məmmədovun Bakıdakı villasında yanğın

Ziya Məmmədova məxsus olan mülklərdən birində səhər saatlarından yanğın başlayıb. Belə ki, elektrik şitində qəfil alovlanma baş verib və yanğının böyüməsinin qarşısı alınıb.

Villanın mühafizəçiləri bildirib ki, yanğının böyüməməsi üçün hadisə yerinə dərhal FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları çağırılıb və qarşısı qısa müddətdə alınıb.  /minval.info/

Davamı

Karxanada bədbəxt hadisə – Ölən var

İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb.
Saytımız apa-ya istinadən xəbər verir ki, İmişli rayonunun Şahverdili kəndi ərazisində, Araz çayının üzərində yerləşən qum-çınqıl karxanasında ölüm hadisəsi qeydə alınıb.
İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlunun idarə etdiyi avtoqreyder torpaq kütləsinin uçması nəticəsində aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Davamı

İran silkələndi

İranda yenə zəlzələ olub.
Təbii fəlakət ölkənin cənub-şərq bölgəsində baş verib. 4,7 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla saat 21:17-də qeydə alınıb. Zəlzələnin episentri Kirman şəhərindən 149 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.  /BakuPost/
Davamı

Azərbaycanda 2 uşaq anası evdən qaçdı – Dərziyə gedirəm deyib – VİDEO

Oğuzda 32 yaşlı gəlin evdən qaçıb.
Saytımız xəzər tv-yə istinadən xəbər verir ki, rayonun Səməd Vurğun kücəsi, 14 -də yaşayan Gulnaz Abışova 2 gün əvvəl günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb. 11 ildir Seymur Abışovla ailə quran və hazırda 2 övladı olan gəlin evdən dərzinin yanına getmək adı ilə çıxıb.

Davamı

Bakı metrosunda HƏYACAN: Gənc oğlan özünü qatar yoluna atdı

Bu gün səhər saatlarında gənc oğlan özünü qatarın altına atıb.

“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin  verdiyi məlumata görə, hadisə “Koroğlu”stansiyasında baş verib.

“Gənc oğlan 09:25-də özünü “Həzi-Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən qatarın yoluna atıb. Maşinist qatarı vaxtında saxlayıb. Qatar yolundakı gərginlik dayandırılıb. Oğlan xəsarət almayıb, o, xilas edilərək polisə təhvil verilib. Hadisə qatarların intervalında gecikmələrə səbəb olmayıb”.

N.Paşayev bildirib ki, oğlanın özünü qatarın altına atma səbəbi polisə ifadəsindən sonra bəlli olacaq.  /Publika.az/

Davamı

Başqa kişi ilə yazışan arvadını soyundurub oxlovla döydü, bu hala saldı (+18 FOTOLAR)

İzmirin Buca vilayətində ailə dəhşəti baş verib.

30 yaşlı S.C. əri, 36 yaşlı Uğur C. tərəfindən döyülüb. Uğur arvadını yumruqlayıb, sonra isə oxlov və kəmərlə döyüb, barmağını sındırıb.

2 uşaq anası bu brədə polisə müraciət etsə də cani sərbəst buraxılıb.

Uğur C. bildirib ki, arvadını başqa kişi ilə yazışarkən tutub.  /big.az/



Davamı

Türkiyədə 200 nəfər iftar yeməyindən zəhərləndi

Türkiyənin Konya böyük şəhər bələdiyyəsi Ramazan ayı ərzində hər gün müxtəlif yerlərdə iftar yeməyi verir. Bu dəfə Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə ilə birlikdə verdiyi iftar süfrəsindən sonra 200 nəfər yedikləri yeməklərdən zəhərlənib.

İftar zamanı 2 yemək firması tərəfindən hazırlanan sup, ətli plov və halva verilib.

İftarda verilən yeməkləri yedikdən sonra evlərinə gedən şəhər sakinləri qarın ağrısı, qusma və baş gicəllənməsindən şikayətlənərək təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

2 gün ərzində təxminən 200 nəfər xəstəxanalara müraciət edib. Lakin bu rəqəmin artacağı gözlənilir.

Hadisədən sonra Qida, Əkinçilik və Heyvanda

Davamı

Türkiyədə rəzalət: Azərbaycanlı kişi həyat yoldaşını başqa kişilərə satıb

Keçmiş ərinin əlindən qurtulan və iki uşağı ilə ortada qalan qadına bina sakinləri sahib çıxıb

Türkiyədə azərbaycanlı iş adamı Elmir A. vaxtilə ayrıldığı həyat yoldaşı Sevinc Kərimovanı “yenidən evlənək” deyə aldadaraq evə gətirib və onu başqa kişilərlə cinsi əlaqədə olmağa məcbur etməyə çalışıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, kişi onun təklifi ilə razılaşmayan qadını iki övladının gözü qarşısında saçlarından sürüyərək 11-ci mərtəbədən atmağa cəhd edib.

Keçmiş ərinin əlindən qurtulan və iki uşağı ilə ortada qalan qadına bina sakinləri sahib çıxıb.

Məlumata görə, Sevinclə Elmir 5 il öncə boşanıblar. Türkiyədə yaşay

Davamı

Bakıya qaçan şəxsin deputatı döymə anı – Video

Ukrayna parlamentində Pyotr Poroşenko Blokunun deputatı olan Mustafa Nayemə naməlum şəxslər tərəfindən hücum olub.

Hadisə aprelin 30-da Kiyevdə baş verib. M.Nayem özünün Feysbuk səhifısində hadisə ilə bağlı yazıb ki, yolda xuliqanlıq edən şəxslərlə sözü çəp gəlib. Daha sonra 4-5 nəfər onu döyüb.

Hazırda deputat xəstəxanadadır. Onun sözlərinə görə, hücum siyasi fəaliyyəti ilə əlaqədar deyil.

Patrul polisinin başçısı Yuri Zozul faktı təqdisləyib və bildirib ki, 4 nəfər şübhəli tutulub. Mustafa Nayemon özünün dediyinə görə, onu döyən şəxs istintaqdan gizlənməyi bacarıb və Bakıya yola düşüb.

“Ən qəribə hadisələr dördüncü şəxslə bağlı baş verir. O, yoldaşlarının zəngindən

Davamı

Şir sahibinə hücum etdi – VİDEO

Cənubi Afrika Respublikasının safari parkında şir sahibinin üzərinə atılaraq, onu parçalamağa çalışıb.

Saytımız “The Sun”a istinadən xəbər verir ki, hadisənin görüntüsü sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, insident park sahibi Mayk Hocun yırtıcının volyerinə baxış keçirdiyi vaxt baş verib. Britaniyalı park sahibi boyun və çənə nahiyəsindən ağır xəsarətlər alıb. Onun hazırda xəstəxanada olduğu bildirilir.

İnsidentdən sonra sahibinə hücum etmiş şir öldürülüb.

/oxu.az/

Davamı

Qardaşını öldürdü, bütün ailə cinayəti gizlətdi – BƏRDƏDƏ ŞOK HADİSƏ

Bərdə rayonunun Vəliuşağı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Pənah Ağayev adlı kənd sakini “VAZ-2106” markalı avtomobili geri verərkən 47 yaşlı qardaşı Zabil Ağayevi vurub.

Zərərçəkmiş aldığı ağır bədən xəsarətləri nəticəsində qəza yerində ölüb.

Bədbəxt hadisədən sonra Ağayevlər ailəsi baş vermiş insidenti gizlətmək qərarına gəliblər. Mərhum ailə üzvlərinin iştirakı ilə kənd qəbiristanlığında dəfn edilib.

Lakin Bərdə rayon Polis şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılıb və P. Ağayev məsuliyyətə cəlb olunub.

Faktla bağlı rayon

Davamı

Rusiyada “Lotu Quli”nin silahdaşı həmvətənlisini güllələdi – VİDEO

Sankt-Peterburqun hüquq mühafizə orqanları əməkdaşları  “qəsdən adamöldürmə” maddəsi üzrə şübhəli bilinən 46 yaşlı şəxsi axtarır.

Oxu.Az “Fontanka”ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan həmin şəxs, öz həmvətənlisi Füzuli Qarayevi qətlə yetirib.

Məlumata görə, onlar  “Apraksin dvor” bazarında ticarət obyektlərinin himayədarlığı ilə bağlı bir-biri ilə rəqabətdə olub.

Aprelin 30-da Lomonosov küçəsində evin qarşısında törədilən qətl müşahidə kamerasının obyektivinə düşüb. Kadrlarda şübhəlinin  F.Qarayevi güllələdiyini görmək olur.

Nəşrin məlumatına görə, hər iki “qanuni oğru”  Lotu Quli adı ilə tanınan avtoritetin silahd

Davamı

Ginekoloq yeni doğulan körpənin cinsi orqanını kəsdi – “Qızınız olacaq” demişdi

Hindistanda qəribə hadisə baş verib.
Ginekoloq Anuj Kumar ultrasəs müayinəsi zamanı Guriye Devi və Anil Panda cütlüyünün qız övladının dünyaya gələcəyini bildirib.
Lakin doğuş zamanı hamilə qadın oğlan övladı dünyaya gətirib.
Proqnozunun səhv çıxdığını həzm edə bilməyən ginekoloq körpənin cinsi orqanını kəsib. Bundan sonra isə anaya qız övladının dünyaya gəldiyini sübut etməyə çalışıb. Lakin həkim bildirib ki, uşaq sağlam doğulmadığı üçün dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanıb.   /regionxeberleri.com/

Davamı

Qayınana kürəkənini yatdığı yerdə yandırdı və… – AZƏRBAYCANDA (VİDEO 18+)

“Səni axtarıram” verilişində qalmaqallı iddialar irəli sürülüb.

Turkustan.info-nun xəbərinə görə, proqramda bildirilib ki, qayınana kürəkəninə ağır xəsarətlər yetirib.

Verilişə gələn zərərçəkənin anasının sözlərinə görə, oğlu yuxuda olan zaman evə daxil olan qayınana onun üzərinə “kislota” töküb.

Valideyn həmçinin deyir ki, ardınca şüşəni onun başına vurub. Aldığı xəsarətlər nəticəsində onun oğlunun vəziyyəti ağırdır.   /Minval.info/

https://youtu.be/DHDDn0lFlsI

Davamı

6 yaşlı qızı ilə Bakıya qaçan qadına anası: “Get, başına çarə qıl!” – Təfərrüatlar

Azyaşlı qızı ilə Cəlilabaddan Bakıya qaçan, 65 saylı avtobusun sürücüsü tərəfindən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına təhvil verilən qadınla bağlı şok təfərrüatlar üzə çıxıb.
Açıqlama verən birliyin rəsmisi Yaqut Məmmədyarova qadının əri tərəfindən atıldığını deyib:

“Üç uşaq anası olan bu qadın Bakıya altı yaşlı qızı ilə qaçıb. Öyrəndik ki, qadının əri xalasının əri ilə birgə işləmək adıyla Rusiyaya gedib. İki ay əri ailəsinə pul göndərsə də, sonradan onlarla əlaqəsini kəsib. Qadının ərinin xalası onlara gələrək, həmin evdə yaşayacağını deyib. Belə olan halda, heç yerdə işləməyən qadın evdən çıxmaq məcburiyyətində qalıb. Anası qızına “Get, başına çarə qıl!” deyərək Bakıya göndərib. Bu qa

Davamı

Azərbaycanda söyüş söyən gənci bu vəziyyətə saldılar: “Üzr istə, sənin…” – VİDEO 18+

“Sən bilmirdin Rüfətin qardaşları ölməyib?”

Turkustan.İnfo xəbər verir ki, yayılan videoda görünür ki, bir neçə nəfər adı bəlli olmayan şəxsi meşədə yerə yıxıb, döyərək kimlərdənsə üzr istəməsini tələb edirlər.

Həmin şəxs isə aldadıldığını deyib, qorxudan üzr istəyir. Videoda zorakılıq göstərən şəxslər gənci ağır sözlərlə təhqir də edirlər.

Bəhs etdiyimiz görüntüləri sizlərə təqdim edirik:   /Minval.İnfo/

Sumqayıtda evə ikinci dəfə girən oğru iş başında BELƏ YAXALANDI – VİDEO

Sumqayıtda oğurluq faktının üstü açılıb.şəhərin 34-cü məhəlləsində Nadir Şiriyevə məxsus ev 15/16, mənzil 42-dən oğurluq edilib.

Mənzil sahibi hadisəylə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə müraciət edib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Əskərov İlqar Əskər oğlu həmin mənzilə növbəti dəfə oğurluğa gələn zaman iş başında yaxalanıb. Saxlanılan şəxs oğurluğa gələn zaman sərxoş vəziyyətdə olub.

Mənzildən 1 ədəd plazma televizor,1 ədəd kompyuter və 1 ədəd videokamera oğurlandığı müəyyən edilib. Oğurlanan əşyalar polis tərəfindən sübut kimi götürülüb.

https://youtu.be/kdW_Dxu_5j8

Davamı

46 qızı zorlamaqda ittiham edilən falçı danışdı – VİDEO

“Space” TV-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” proqramında 46 qızı zorlamaqda ittiham edilən falçının açıqlamaları yer alıb.

Turkustan.info xəbər verir ki, Ramil Talıbov adlı şəxs baş verən hadisəyə aydınlıq gətirərək, bütün iddiaları rədd edib:

“Bu, böhtandır. Falçı qız zorlamır. Məndən pul tələb etmək üçün məni şərləyib ki, guya onu zorlamışam. Yanındakı qız da onun rəfiqəsidir. Bu, faktdır. Mənə ağzına gələnləri yazıb, şərləyib. Üç ay sevgili olmuşuq.

Azərbaycana gəldiyim üç aydır. Bunu 46-ya böləndə neçə qız edir? Bunu düşünən yoxdur? Elə hamı yiyəsizdir? Bunların bir yiyəsi olmadı? Həmin gün nəzarətdə oldum. İşimiz də gedir. Sevgili olmuşuq, xəyanət etmişəm deyə, məni şər

Davamı

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib – FOTOLAR

Türkiyənin Adıyaman bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib.

Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, silkələnmə  gecə saatlarında olub. Binalara zərər dəyib, 13 nəfər yaralanıb.

Zəlzələ ilə əlaqədar məktəblərdə dərslər dayandırılıb. 147 baş ev heyvanının tələf olduğu bildirilir.

Qeyd edək ki, bölgədə keçən il də zəzlzələ baş vermişdi.   /Cebhe.info/

</p

Davamı

Arvadını kişi ilə yataqda tutan kişi: Bağışlayın narahat etdim – ŞOK VİDEO (+18)

Arvadını yataqda başqa kişi ilə tutan şəxs təəccüblü reaksiya verib.

Hadisə ABŞ-da baş verib və baş verənlər lentə alınaraq məhkəmə prosesində təqdim olunub.

Belə ki, həyat yoldaşından şübhələnən ər qəfil evə daxil olub. Nəticədə arvadını başqa kişi ilə birgə yaxalayıb. Lakin buna sərt reaksiya verməyib və ondan boşanacağını söyləyib. Hətta “sizi narahat etdiyim üçün üzr istəyirəm” sözlərini deyib.

Kişi həmçinin onları kamera vasitəsilə lentə alıb. Həyat yoldaşı isə ondan çəkilişi dayandırmağı istəyib.

Ər arvadından xahiş edib ki, ondan boşansın və bu görüntüləri yalnız hakimə göstərəcək: “Məndən bu qədər. Qızımı çox sevirəm. Mənim üçün əsas olan budur.

Davamı

Bakıda falçı qızları zorlayıb – “Hiss etdim ki, huşum özümdə deyil”

Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən “ov”layan falçı peyda olub. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən köməklik təklif olunub. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.
 
“Yeni Müsavat”ın redaksiyasına falçının qurbanına çevrilmiş 46 qızdan 2 nəfəri müraciət edib. Onlar başlarına gələn dəhşətli, iyrənc olayı anladıblar. 18 və 20 yaşlarında olan qızlar falçının özünü onlara Mirseymur Mirkamil oğlu Seyidov kimi təqdim etdiyini bildiriblər. Qızlar bildirir ki, əslində o özü haqda ilk gündən qurbanlarına yalan

Davamı

Qardaşından hamilə qaldığı deyilən qız barəsində yeni məlumat – “…qızı şərləyirlər”

Hacıqabul rayonu Meyniman kənd məktəbinin 7-ci sinif şagirdinin ögey qardaşından 4 aylıq hamilə olması xəbəri yayılıb.

Baş verən dəhşətli hadisə ilə bağlı sözügedən təhsil ocağının direktoru Elman Abdullayev Yenicag.az-a açıqlama verib:

“Əvvələn, qız 7-ci yox, 9-cu sinif şagirdidir. Qızın atası çoxdan rəhmətə gedib, anası ikinci dəfə ailə həyatı qurub. Ögey atasının iki ovladı var: qızı ərə gedib, oğlu da əsgərlikdən qayıdıb. Nümunəvi ailə olub. Adı hallanan bu qız çox abırlı-həyalı şagird olub, hələ onun barəsində mənfi fikir eşitməmişik. Çox da yaxşı oxumur, amma arzusu kollecə daxil olmaqdır. Biz onun qarnının böyüməsini hiss etməmişik. Dünən müəlliməmiz də yanına getmişdi, qız and-aman edir ki, belə şey yoxdur. Oğlan da ağıllı oğlandır, özünə ev ti

Davamı

İranda güclü zəlzələ oldu – İnsan tələfatı və dağıntılar…

İranda 5,9 bal gücündə zəlzələ baş verib. Turkustan.info-nun məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutu yeraltı təkanların ölkənin cənubunda Buşir əyalətində qeydə alındığı barədə xəbər yayıb.

Məlumata görə, zəlzələnin episentri Kaki şəhərindən 3 kilometr məsafədə, yerin 18 kilometrliyində olub.

İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat verilməyib.

Davamı

Bakıda şok hadisə – Görüşə çağırdığı “sevgilisi” arvadı çıxdı

Bakıda baş verən qəribə boşanma hadisəsi məhkəmə heyətini şoka salıb.
Uzun müddət ailəli olan cütlük birdən-birə boşanmaq qərarına gəliblər. Boşanma səbəbi isə eşidənləri təəcübləndirib. 
“Hər ikisi təhsilli olsalar da uşaqlara görə xanım işləməyib. Müəyyən vaxtdan sonra kişinin qazancının az olmasına görə ailədə maddi sıxıntılar başlayır. Arvad dəfələrlə işləmək istədiyini desə də ər buna razılıq vermir. Deyir ki, uşaqlar böyüsün, sonra. Ancaq arvad hər gün evdə olduğuna görə sıxılır, sosial şəbəkənin kömək olacağını düşünüb ondan istifadə etməyə başlayır. Aydın məsələdir ki, dostluq təklifləri qadına “hücum” çəkir, bunu gözləyən arvadsa hər birini müsbət cavablayır.
 Dost olduğu bir kişiylə 2-3 ay yazışır, anca

Davamı

Qardaşının məzarı başında 87 yaşlı bibisini vəhşicəsinə öldürdü — Qubada dəhşət

Quba rayonunda qəbiristanlıqda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub.

Saytımızın Lent.az-a istinadən xəbərinə görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər məhkum olunmuş Mişi Miqirov tərəfindən döyülərək öldürülən Şüşan Sumxayevanın 87 yaşı var. Onu döyərək öldürən şəxs qardaşı oğludur.

Bildirilir ki, bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə də həmin şəxsin məzarının yaxınlığında baş verib. Ağır dərəcəli sərxoş olan Mişi Miqirov bibisinə ağır zərbələr endirib. Ahıl qadın xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb. O, ayılandan sonra hadisəni xatırlamadığını deyib

Davamı

Qadının zorlandığı məktəbin direktoru: “Şok keçirəcəkdim, həmin müəllim ailəlidir və…” – Təfərrüatlar

Cəlilabad rayonunun Muğan kənd tam orta məktəbində baş verən zorlama hadisəsi ilə bağlı məktəbin direktoru danışıb.

“Yenicag.az”a açıqlama verən direktor Aygün Məlikova hadisədən dünən xəbər tutduğunu deyib:

“Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi araşdırma aparır. Mən bu barədə dünən xəbər tutdum. Az qala şok keçirəcəkdim. Həmin müəllim Babayev Namiq ibtidai siniflərə dərs deyir, 34 yaşı var. Ailəlidir. Qadın Bəyim Niftiyeva məktəbimizdə gündüz qaravulçu işləyir. Bir oğlu, bir qızı var, 30 yaşındadır. Əri Rusiyadan bir həftədir ki, qayıdıb. O hadisə məktəbin içində baş verməyib. Hadisə harda baş verib, bunu araşdırandan sonra bilinəcək. Əgər hadisə məktəbdə baş veribsə, mən buna məsuliyyət daşıyıram. Namiq də bu hadisəni məktəbdə tö

Davamı

Cəbhədə ATIŞMA: Dinc sakin yaralandı

Azərbaycan ərazilərini işğal altında saxlayan erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.
Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.
Xəstəxanaya yerləşdirilən R. Hacıyevin vəziyyəti qənaətbəxşdir.
Müdafiə Nazirliyindən APA-ya faktı təsdiq edərək bildiriblər ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb. Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir.
Davamı

Türkiyədə azərbaycanlı qadın döyülərək öldürüldü

Türkiyənin cənub-qərbində olan Dənizli vilayətinin Pamukkale rayonunda yaşayan azərbaycanlı qadının meyiti evində tapılıb.

Bu gün səhər 33 yaşlı Türkay İsayevanın qonşuları mənzildə meyit olması barədə polisə müraciət ediblər. İki uşaq anası olan qadının döyülərək öldürüldüyü bildirilir. Ölümün səbəbinin dəqiqləşdirilməsi üçün meyit ekspertizaya göndərilib.

Polis əməkdaşları binadakı təhlükəsizlik kamerasının görüntülərinə baxıb. Binanın sakinləri meyitin tapıldığı mənzildə çox vaxt dava-dalaş olduğunu, orada gecə klublarında işləyən qadınların yaşadığını deyiblər.

Hazırda cinayətin kim tərəfindən törədildiyi və həmin şəxsin saxlanılması istiqamətində iş başladılıb.

Davamı

BAKIDA ÖZƏL xəstəxana BU DƏFƏ DƏ HƏMKARINI ÖLDÜRDÜ

Bakıda həkim əməliyyatdan sonra vəfat edib.

Saytımız Report-a istinadən xəbər verir ki, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.

Belə ki, 63 yaşlı Ə.Bayramlıötən həftə Bakıda yerləşən “MediStyle Hospital”da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni “MediStyle Hospital”da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparı

Davamı

Paytaxtın mərkəzində partlayış səsi eşidildi – Səbəb isə…

Bakının mərkəzi küçələrindən birində partlayış səsi eşidilib.

İzləyicilər bununla bağlı sosial şəbəkələrdə yazıb. Onlar bir-birinin ardınca gurultulu səs eşitdiklərini qeyd ediblər.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Səbail Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb.

Bildirilib ki, şəhərin mərkəzində heç bir hadisə baş verməyib: “Hazırda Hərbi Dəniz Qüvvələrinin təlim-məşq prosesi gedir və səslər də bununla bağlıdır”. 

Davamı

17 yaşlı oğlan bacısı ilə görüşən tələbəni öldürdü – Ağdaşda QƏTL

Ağdaş şəhərində qətl törətməkdə təqsirli bilinən 17 yaşlı Tərlan Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Saytımız Teleqraf.com-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, ötən il dekabrın 14-də Ağdaş şəhəri Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında 2000-ci il təvəllüdlü Ağdaş sakini Ətraf Nəsibov qətlə yetirilib. Məlum olub ki, Ətraf Nəsibovu həmyaşıdı olan Tərlan Hacıyev kürək və ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.

Qətlə yetirilən Ətraf Nəsibov hadisəni törədən Tərlan Hacıyevin bacısının arxasınca düşüb

Davamı

Bakıda “Lukoil”ə oyuncaq tapança ilə basqın – Pulları apardılar

Aprelin 16-da gecə saat 02:31 radələrində Əhmədli metrostansiyası yaxınlığındakı “LUKoil” yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib. 

Saytımız Movqe.az-a istinadən xəbər verir ki, üzünə maska taxan iki nəfər şəxs “LUKoil” yanacaqdoldurma məntəqəsinə daxil olublar. Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək 800 AZN pulu götürərək aradan çıxıblar. Soğunçular oyuncaq tapançanı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar. Hazırda faktla bağlı araşdırma aparılır.
 
Soyğunçuların tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıldığı bildirilir. 
Davamı

1 manata görə oğul atasını baltaladı – Azərbaycanda

Qurban bayramı günü 70 yaşlı atasını öldürən oğula 17 il cəza verildi

Övladının intiharından sonra əsəbləri korlanan ailə başçısı çıxış yolunu spirtli içkiyə qurşanmaqda görüb. Ailəsinə, doğmalarına içki şüşəsinin arxasından boylanıb, getdikcə daha da həyatın dibinə çöküb…

Qurban bayramı günü arvadından bir manat araq pulu istəyən Qadir Cahangirov növbəti insident zamanı özünü və 70 yaşlı atasını içkiyə qurban verib. Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə ittiham olunan Şamaxı rayon sakini, 46 yaşlı Qadir Cahangirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. İstiPress-in virtualaz.org-a istinadla verdiyi məlumat

Davamı

Məscidin minarəsinə çıxdı, insanlara atəş açdı

Türkiyənin Bursa şəhərində Küba məscidində hadisə baş verib.

Turkustan.info xəbər verir ki, Murad Tahsin adlı şəxs tüfənglə məscidin minarəsinə qalxıb və ətrafdakılara atəş açıb.

Məlumata görə, həmin şəxs haqqında borcu səbəbindən həbs qərarı çıxarılıb. O, həbsxanaya girmək istəmədiyi üçün belə bir addım atdığını deyib.

Hadisə yerinə cəlb edilən polislər M.Tahsinlə uzun danışıqlar aparsa da, o, minarədən enməyəcəyini bildirib:

“Uşaqlarımın anası yoxdur. Yaxında ataları da olmayacaq. Buradan mənim cəsədim çıxacaq”.

Hazırda silahlı şəxsin tutulması istiqamətində tədbirlər aparılır. Əraziyə xüsusi təyinatlılar cəlb edilib. 

Davamı