İran rejimi devrilir, yeni respublika belə olacaq – Şok

İranda sosial, iqtisadi və siyasi dəyişiklik olmalıdır. Buradakı rejimin dağılması qaçılmazdır və qələbə mütləqdir. İran tezliklə azadlığa qovuşacaq. Mövcud rejim devrilmək üzrədir.

Bu sözləri İran Müqavimət Şurasının sədri Məryəm Rəcavi deyib.

“İranda hökumətin zəiflədiyinə dair sübutlar var. Birincisi, gənclər qorxmadan, tərəddüd etmədən ayağa qalxıb. İkincisi, rejimin təzyiqlərinə rəğmən, iş yerlərində etirazlar davam edir. Üçüncüsü, qiymətlər qalxır, yoxsulluq dərinləşir və rejim buna əncam çəkə bilmir”, – o bildirib.

Rəcavi ABŞ sanksiyalarının İran hökumətini daha ağır vəziyyətə saldığını deyib:

“Rejimin süqutundan sonra altı aylıq müvəqqəti hökumət qurulaca

Davamı

ABŞ Türkiyəni yenə təhdid etdi: “S-400″ləri alsan…

Türkiyə Rusiyadan “S-400” tipli zenit-raket kompleksləri alacağı təqdirdə ABŞ rəhbərliyi Ankaraya qarşı sanksiyalar tətbiq edəcək.

Saytımızın türk mediasına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yess Mitçell deyib.

“Biz açıq-aydın Türkiyəyə anlatdıq ki, “S-400”-lərin əldə edilməsi fəsadlarla nəticələnəcək. Biz “Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanuna uyğun olaraq sanksiyalar tətbiq edəcəyik”, – deyə Mitçell qeyd edib.

Onun sözlərinə görə, adıçəkilən sövdələşmə Türkiyə-ABŞ münasibətlərinə zərbə olacaq və əvvəlki əlaqələrin bərpasını çətinləşdirəcək. 

Davamı

İran donanmanı ayağa qaldırdı: DƏNİZ DÖYÜŞÜ QAPIDA

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya güclərinin Yəmənə hücum etməsindən sonra İran Aden körfəzinə iki döyüş gəmisi göndərdi.

İran Dəniz Qüvvələrinin helikopter daşıma gücünə sahib olan Hark və Subulan adlı gəmilərindən ibarət 54-cü donanması Aden körfəzinə göndərilib.

Aden körfəzi Ərəb yarımadasının cənub sahilində, Hind okeanını Qızıl dənizə bağlayan strateji ərazidə yerləşir. Koalisiya güclərinin Yəmənə hücumu bu körfəzi əhəmiyyətini ikiqat artırır.

Ekspertlərə görə, İranın döyüş gəmilərini Adenə göndərməsi bölgədə Səudiyyə ilə dəniz müharibəsinə səbəb ola bilər.  /Publika.az/

Davamı

“Bu ölkə bir neçə saata məhv edilə bilər” – Prezidentin keçmiş köməkçisi AÇIQLADI

Ümid edirəm ki, yaxın vaxtlarda Şimali Koreya tərəfindən Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla Amerika prezidenti Donald Tramp arasında əldə olunan razılaşmanən icrası ilə bağlı konkret addımları görəcəyik. Amma şəxsən mən konkret addımların olacağına əmin deyiləm”.

“Qazeta.ru”ya müsahibəsində Brukinqs İnstitutunun aparıcı elmi işçisi, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun xüsusi köməkçisi Stiven Payfer deyib.

“Mənim əsas narahatlığım Pxenyanın ölkənin denuklearizasiyası üzrə konkret addımlara təşəbbüs edib-etməyəcəyi ilə bağlıdır. Amma hesab edirəm ki, hər halda Sinqapurda keçirilən görüşün bir çox müsbət tərəfi var. Ən azından qısamüddətli perspektivdə münaqişənin baş vermə riskinin azaldığını qeyd etmək olar. Əgər Şimali

Davamı

Şərqdə müharibə havası — İran Ədən körfəzinə iki savaş gəmisi göndərdi

Vətəndaş müharibəsinin hökm sürdüyü Yəməndə Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi beynəlxalq koalisiya ilə münasibətləri pis olan İran Ədən körfəzinə iki savaş gəmisi göndərib.
Ötən həftədən bu yana Qırmızı dənizin sahilindəki Hudeydə hava limanında şiddətli toqquşmalar davam edir. Yəmən mərkəzi hökuməti və Səudiyyə bir neçə dəfə hava limanını ələ keçirdiklərini bəyan etsələr də, silah səsləri hələ də kəsilməyib.
Xusiləri dəstəkləyən İran isə Ədən körfəzinə hərbi gəmilər göndərib. Bildirilir ki, gəmilər helikopter daşıya bilir. “Hark” və “Subulan” gəmiləri ərazidə həssas nöqtədə yerləşdiriləcək.   /Ölkə.Az/

Davamı

PKK liderləri tutuldu, Öcalanın yanına aparılır – Şok iddia

Qəndil əməliyyatı davam etdiyi bir vaxtda Türkiyə mətbuatında şok iddia irəli sürülüb.

Türkiyənin “Aydınlıq” nəşrinin yazarı Rafet Ballı PKK liderlərindən ikisinin ələ keçirildiyini və yaxın vaxtlarda Abdullah Öcalanın saxlandığı İmralı həbsxanasına gətiriləcəyini iddia edib.

“Kəşfiyyat kulisləri önəmli bir iddia ilə çalxalanır. “İddia” deyirik, çünki hələ təsdiqini tapmayıb. “Kulis” deyirik? çünki kəşfiyyat və təhlükəsizlik orqanlarında ən yüksək səviyyələrdə bu iddia dolaşır. Məlumatlar fərqli kanallardan daxil olur, ancaq demək olar ki, hamısı mahiyyət etibarı ilə eynidir. Bir-birini tamamlayır. Məsələ ciddidir. Türkiyənin terrorla mübarizəsini, hətta seçki nəticələrinə təsir göstərəcək bir vəziyyət var. Bizə daxil olan gizli məlumata görə, PKK-nın lide

Davamı

Cənubi Qazaxıstan vilayətinin adı dəyişdirilib

Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan vilayətinin adı dəyişdirilib.

Ölkə Prezidenti Nursultan Nazarbayev vilayətin Türküstan adlandırılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, vilayətin mərkəzi Türküstan adlanacaq şəhərə köçürüləcək.

“Türküstan vilayətini mərkəzi yüz illərdir Qazax Xanlığının və bütün Türk dünyasının, siyasi, mənəvi qəlbi olan Türküstan şəhəri olacaq”, – N.Nazarbayev vurğulayıb.

Qeyd edək ki, Cənubi Qazaxıstan vilayəti 1932-ci il martın 10-da yaradılıb. 1962-ci il mayın 3-dən 1992-ci il iyulun 6-dək bölgə Çimkənt adlanıb. 1992-ci ildən vilayət yenidən Cənubi Qazaxıstan adlanmağa başlayb. 2018-ci il iyunun 19-da Cənubi Qazaxıstan vilayətinin adı dəyişdirilib və Türküstan adlandırılıb.

Onun mərkəzi Çımkənd şəhərinə isə böyük şəhər statusu verilib.

Davamı

Bu əraziyə girən və foto çəkdirənlərə AĞIR CƏZA

Havay adalarında Kilauea Yanardağından püskürən vulkanı izləmək istəyən və fotosunu çəkmək üçün qadağan edilmiş bölgələrə girən onlarla insan saxlanılıb.

Lavaların okeana çatdığı adada polis barrikadaları qurulub. Təhlükəli vəziyyətə baxmayaraq, əraziyə qanunsuz olaraq girmək istəyənlər var.

Ölkənin Ərazi və Təbii Sərvətlər Dairəsi partlayışlar başlayandan bu vaxta qədər 40 nəfərin saxlanıldığını bildirib. Bu səbəbdən əraziyə yaxınlaşanlara qarşı cəzaların sərtləşdirilməsi təklif edilir. Təxliyə işlərinin aparıldığı bölgələrdə saxlanılanlara 5 min dollar cərimə və 1 ilə qədər həbs cəzası veriləcək.

Qeyd edək ki, təhlükəsizlik əməkdaşları bu vaxta qədər ərazidən 2 minə yaxın insanı təxliyə edib.
Davamı

Yaponiyada zəlzələ: Ölənlər var

Yaponiya hökuməti zəlzələ nəticəsində üç nəfərin həlak olduğunu təsdiqləyib.

Bu haqda NHK telekanalı məlumat yayıb.

Məlumata görə, Takasuki şəhərində doqquz yaşlı şagird məktəbin hovuz zalında çökmüş divarın altında qalıb.  Osaka şəhərində isə iki nəfər həlak olub.

Yaralı sayı 50 nəfərdən çoxdur.  Ciddi dağıntılar barədə məlumat olmasa da, təbii fəlakət ölkənin aviasiya və dəmiryolu nəqliyyatını iflic edib. Ölkənin cənub-qərb bölgəsində sürət və adi qatarların hərəkəti tamamilə dayandırılıb.  /Oxu.Az/

Davamı

Meksikalıların qol sevinci zəlzələyə səbəb oldu – FOTO

Dünya çempionatında Meksikanın Almaniya üzərində 1-0 hesablı sürpriz qələbə qazanması zəlzələyə səbəb olub.

Xarici KİV xəbər verir ki, 35-ci dəqiqədə Lozanonun Almaniya qapısına vurduğu qol zamanı milyonlarla meksikalının eyni anda qışqırığı Meksikanın paytaxtı Mexikoda kiçik yeraltı təkana səbəb olub.

Zəlzələ hiss edilməsə də, cihazlar həmin təkanı qeydə alıb.

Xatırladaq ki, dünən Peru – Danimarka matçında Perunun penalti zərbəsi vurmaq hüququnu qazanarkən peruluların sevinci zəlzələ yaratmışdı.   /ednews.net/az

EurasiaDiary

Davamı

Həftə gərgin keçəcək: Prezidentdən QƏRAR ANI

ABŞ  və Şimali Koreya yaxın zamanda birgə hərbi təlimlərin dayandırılması qərarını elan edəcək. 

Bu barədə Cənubi Koreya mətbuatı yazıb. Mətbuat bildirir ki, qərarın yaxın həftədə verilməsi gözlənilir. Artıq prezident Donald Tramp 12 iyunda bu qərarını diqqətə çatdırıb. 

Buna səbəb isə Şimali Koreya ilə münasibətləri tənzimləməkdir. Birgə hərbi təlimlərin dayandırılmasına ilk etiraz edənlərdən biri isə Yaponiya olub. Rəsmi Tokio hesab edir ki, bu yarımadada təhlükəsizliyə təhdid olacaq.    /Cebhe.info/

Davamı

İran silkələndi

İranda yenə zəlzələ olub.
Təbii fəlakət ölkənin cənub-şərq bölgəsində baş verib. 4,7 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla saat 21:17-də qeydə alınıb. Zəlzələnin episentri Kirman şəhərindən 149 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.  /BakuPost/
Davamı

Avropa qitəsində yeni dövlət meydana gəldi

Yunanıstan öz şərtini qonşu dövlətə qəbul etdirdi

Makedoniya dövləti artıq Şimali Makedoniya Respublikası adlanacaq. Bu barədə ölkənin baş naziri Zoran Zaev bəyan edib.

Baş nazir bu barədə Yunanıstanın baş naziri Aleksis Siprasla danışıqdan sonra bəyanat verib.

Xatırladaq ki, ölkənin Makedoniya adlanmasına qarşı Yunanıstan çıxırdı. Makedoniya adlı əyalət Yunanıstanda da var. Yunanıstan bu məsələyə görə Makedoniyanın NATO və Avropa İttifaqına gedən yolunu bağlamışdı.   /sputnik.az/

Davamı

Ermənistanın Rusiyadan gizlətdiyi təhlükəli silah

Moskva İrəvanın böyük xəyanətindən qorxur

Moskva Ermənistan ərazisində Amreka referens-laboratoriyalarının yerləşdirilməsinin  əleyhinədir.

İstiPress-in məlumatına görə, “Kommersant” qəzetinin yazır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 11-də Almatı şəhərində keçirilən KTMT xarici işlər nazirlərinin görüşündə bu barədə məsələ qaldırıb.

“Bizim xüsusi xidmət orqanları və alimlərimiz bu laboratoriyaların peyda olması ilə bağlı gərginlik içindədirlər. İstisna edilmir ki, nə vaxtsa həmin laboratoiyalar bizə qarşı istifadə ediləcək”,- deyə Rusiya diplomatı qəzetə bildirib.

Davamı

Paşinyan qalib gəldi: Saakyan da getməyə hazırlaşır

Qarabağ separatçılarının rəhbəri Bako Saakyan 2020-ci ilin prezident seçkisində iştirak etməyəcək.

Bunu Ermənistan televiziyalarına müsahibəsində Saakyanın özü deyib.

Qeyd edək ki, bundan öncə Saakyan qondarma rejimdə güc strukturlarının rəhbərlərini istefaya göndərib. İrəvandakı yeni hökumətin təzyiqlərindən sonra bu addımı atan Saakyanın separatçı rejim daxilindəki mövqeləri zəifləməyə başlayıb.  /Axar.az/

Davamı

Putindən gözlənilməz: Suriyadan sürətlə çıxa bilərik

Lazım olsa, Rusiya hərbçiləri Suriyadan sürətlə çıxa bilər.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin bu gün canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.

O bildirib ki, Suriyadakı hərbi əməliyyatlar Rusiya hərbçiləri üçün bir sınaqdır:

“Bu, önəmli və əsas vəzifədir. Terrorçularla, Rusiyaya daxil olmadan öncə, Suriyada mübarizə aparmaq vacibdir. Artıq böyük əməliyyatlar təşkil etmirik. Çünki buna gərək yoxdur”.  /Axar.az/

Davamı

İsraildən Əsədə: Atəş açsa, məhv edəcəyik!

Bəşər Əsəd qüvvələri İsrailə atəş açarsa, onları yox edərik.

Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. O, bu günə kimi ölkəsinin Suriyada müharibəyə müdaxilə etmədiyini bildirib:

“Əsəd bunu diqqətdə saxlamalıdır: Qorxunc daxili müharibələr olanda İsrail qarışmadı. İndi isə müharibə bitən ərəfədə İranı dəvət edir? Artıq toxunulmaz deyil. Atəş açılarsa, qüvvələrini məhv edəcəyik”.  /Axar.az /

Davamı

Putindən ABŞ-a qarşı yeni qanun layihəsi – Gücü öz əlində toplayır

Rusiya prezidenti Vladimir Putinin imzaladığı yeni qanun layihəsinə görə, ABŞ və digər ölkələrin Kremlə qarşı sanksiyalarının qarşısını almaq mümkün olacaq.

 Putin “anti-sanksiya” qanununu təsdiqləyib. Qanuna əsasən, prezident beynəlxalq əməkdaşlığı məhdudlaşdıra və ya təxirə sala biləcək. Eyni zamanda mal və xam maddə idxalat-ixracatını, özəlləşdirmə və milliləşdirmə layihələrini qadağan etmək ixtiyarında olacaq.

Qeyd edək ki, ABŞ-ın Xəzinə Nazirliyi 6 apreldə 7 rus oliqarxını, bu şəxslərə aid olan 12 şirkəti, 17 ali səviyəli dövlət rəsmisini, Rusiyaya aid bir silah ixracaı şirkətini və hökümətin tabeliyində olan bir bankı sanskiya siyasına daxil edib.   /Yenicag.Az/

Davamı

Böyük əməliyyat başlayır: Türk əsgəri Qəndilə addım-addım yaxınlaşır, İran kəndlərini boşaldır

İraqın quzeyindəki PKK düşərgələrinə Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində bəzi nöqtələr terrorçulardan təmizlənib.

PKK İrana sığınmağa cəhd etsə də, rəsmi Tehrandan gələn açıqlama onları çıxılmaz vəziyyətdə qoyub. Belə ki, İran Türkiyənin PKK-ya qarşı əməliyyatına dəstək verib. 

Qəndil dağının yaxınlığına qədər irəliləyən türk hərbçilərinin hücumundan yayınmaq üçün PKK İrandan dəstək almağa çalışıb. Ancaq İran Qəndilin öz ərazisi daxilində qalan bəzi kəndlərinin boşaldılacağını bildirib.

Sərhəd xəttində yerləşən bu kəndlərin boşaldılması Türkiyə tərəfinin əməliyyatına dəstək məqsədi daşıyır. Addım-addım Qəndilə doğru irəliləyən Türkiyə Silahlı Qüvvələrinin birlə

Davamı

Tiflisin Paşinyana jestinin səbəbi – ABŞ-ın şok İrəvan planı

Paşinyan Ermənistanın tarixində yeni dövr başladır.

Bunu “Moskva-Bakı” portalına müsahibəsində rusiyalı yazar Aleksandr Proxanov deyib.

“O özündən əvvəl baş verənləri kənara itələyir. Nəticədə Paşinyan zəngin Qərbdən və Beynəlxalq Valyuta Fondundan “dopinq” almaq istəyir. Corc Soroun Paşinyanın kariyerasında birbaşa iştirakı inandırıcı deyil. Onun hökumətindəki şəxslər sırasında Sorosun adamlarının olması sadəcə erməni geostrategiyasının ümumi istiqamətində işarə və ya ştrixdir.

Paşinyan Rusiya ilə dostluq etmək istədiyini bəyan etsə də, biz hamımız anlayırıq ki, yeni liderin istiqaməti Qərbə və böyük amerikayönlü erməni lobbisinin olduğu dairəyə yönəlib. Bu dairələr istəyirlər ki, Ermənistan Rusiyanın ağ

Davamı

Müharibə qaçılmazdır: Üç əsas aspekt – ŞƏRH

İran-İsrail münaqişəsinin eskalasiyası qaçılmazdır. Hazırda Tel-Əviv və Tehran arasında münaqişənin alovlanması üçün üç əsas aspekti göstərmək olar. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında tanınmış rusiyalı bloqer, siyasi şərhçi Denis Korkodinov deyib.

Onun sözlərinə görə, birincisi, 2018-ci il aprelin 13-dən 14-nə keçən gecə Suriyadakı İran hərbi bazalarına hücum İsrail Nazirlər Kabinetində sevinc doğurmadı. 

“Rəsmi Tel-Əviv hücum nəticəsində İranın Suriya sərhədlərindən geri çəkiləcəyini gözləyirdi, ancaq beynəlxalq koalisiyanın İran mövqelərinə zərbələri simvolik xarakter daşıdı.

Vaşinqton Fransa və Böyük Britaniyanın dəstəyi ilə İran mövqelərinə sarsıdıcı zərbə endirə bilmədi.

Davamı

Türkiyə daha 3 şəhid verdi

Türkiyənin Hakkari vilayətində PKK terror təşkilatı ilə qarşıdurmada üç türk hərbçisi şəhid olub.

Bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb. Hadisə nəticəsində bir əsgərin də yaralandığı da bildirilir. Terrorçular hücum zamanı tank əleyhinə silahdan da istifadə ediblər.

Qeyd edək ki, vilayətdə terrorçuların məhv edilməsi istiqamətində xüsusi əməliyyata başlanılıb.   /Yenicag.Az/

Davamı

Müharibə elan edildi: Bu gündən etibarən…

Bu günən etibarən ABŞ Avropaya qarşı ticarət müharibəsi elan edib. Belə ki, iyunun 1-dən etibarən Avropa Birliyi ölkələri, Kanada və Meksika üçün polad və alüminiuma rüsum tətbiqi başlayıb. Ekspertlər bunu Avropaya qarşı ticarət müharibəsi adlandırır.

Sözügedən qərar Tramp tərəfindən hələ bu ilin martında verilmişdi. Amma Avropa Birliyi, Meksika və Kanada üçün qərarın icrası 1 iyuna qədər təxirə salınmışdı.

Bu gün isə bu qrup ölkələr üçün də yeni qaydalar qüvvəyə minib. Bu müddətdə tərəflər arasında razılışma əldə edilməyib.   /Cebhe.info/

Davamı

Bin Laden peyda olub QİSAS ANDI İÇDİ: Səudiyyə devriləcək, Məkkə ələ keçiriləcək, ABŞ… – DƏHŞƏTLİ PLAN

“Əl-Qaidə” terror təşkilatının lideri Üsəma bin Ladenin oğlu Həmzə bin Laden Qərbi atasının qisasını almaqla hədələyib. Həmzə həmçinin Səudiyyə Ərəbistanında monarxiyanı devirməyi, müsəlmanların müqəddəs şəhərləri olan Məkkə və Mədinəni tutmağı planlaşdırır.

 “RİA-Novosti” agentliyi onun atasının yerini tutmağa nə dərəcədə bacarıqlı olduğunu araşdırıb.

Üsamə bin Ladenin ən azı iyirmi uşağı var idi. Amma Həmzə “Əl-Qaidə” banisinin üçüncü arvadı – Xayriyyə Sabarın tək oğlu idi. Üsamə bin Laden onun anasının dini fanatizmini yüksək qiymətləndirirdi və gənc müvafiq ruhda tərbiyə edilirdi.

“Əl-Qaidə” tərəfindən yayılan videoda 9 yaşlı Həmzə şərlə əbədi mübarizə haqqında şerləri oxuyur, Ə

Davamı

Türkiyə və ABŞ-ın üçmərhələli Menbiç planı

Türkiyə və ABŞ-ın Menbiç planının detalları məlum olub.

Bu barədə Anadolu Agentliyi Türkiyə kəşfiyyatına yaxın və ikitərəfli görüşlərdə iştirak etmiş mənbələrə istinadən informasiya yayıb.

Plana əsasən, Fərat çayının qərb sahilində məskunlaşan terrorçular saziş əldə olunduqdan sonrakı bir ay ərzində bölgədən çıxarılacaq. Artıq YPG terror qruplaşmasının liderləri mahalı tərk etməyə başlayıblar. Onlar Menbiçi tərk edərək Fəratın şərqindəki Eyn ül-Ərəb bölgəsinə gediblər. Ancaq qruplaşmanın vahid halda geri çəkilməsinə hazırlıqlar hələlik başlamayıb.

Menbiç planın ikinci mərhələsində Çavuşoğlu-Pompeo görüşündən 45 gün sonra türk və amerikalı əsgərlərin, kəşfiyyat orqanlarının mahalda nəzarətə

Davamı