“Türkiyə “Şeytan üçbucağı”na…” – Şahzadədən QALMAQALLI BƏYANAT

İlk xarici səfərini Misirə edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salman bin Məhəmməd qalmaqallı bəyanat verib.

Şahzadə Türkiyə, Qətər və İranı “şeytan üçbucağı” adlandırıb.

O, sözügedən ölkələrin ərəblərin təhlükəsizliyinə təhdid ola biləcək siyasət yürütdüyünü deyib. Şahzadə İranı isə bölgədə məzhəbçilik siyasəti aparmaqda ittiham edib.

“Ərdoğanın idarə etdiyi osmanlılar “Müsəlman Qardaşları”ndan da istifadə edərək xəlifəliyi yenidən gətirmək istəyir. İran isə ideoloji inqilabını yaymaq istəyir”, – o bildirib.

/Publika.az/

Davamı

3-cü yol və Qarabağ danışıqları üçün yeni düyün NÖQTƏSİ: Eks-nazir sərt DANIŞDI

Ermənistan hakimiyyəti işğal altındakı Qarabağ torpaqlarına 3-cü yol çəkəcək.  

Ermənistan KİV-nin məlumatına görə, tikinti işləri Zod aşırımını Kəlbəcərin rayon mərkəzi ilə birləşdirəcək.

Tikinti işləri bu ilin yayında başlayacaq. Yol Ermənistanın Qeqrkunik vilayətinin Zod kəndindən Kəlbəcər rayonun mərkəzinə qədər 26 kilometr məsafəni əhatə edəcək və 2019-cu ilin əvvəlində istifadəyə veriləcək.  

Bundan başqa isə Dağlıq Qarabağla Ermənistanı birləşdirən daha 2 yol da var. Bunlar Gorus-Xankəndi və Vardenis-Ağdərə yollarıdır.

Ermənistan yeni təxribata əl ataraq əlavə koridorlar yaradır, bu isə danışıqlarda da düyün nöqtəsinə çevrilir.

Keçmiş xa

Davamı

SOCAR-ın işçilərinin maaşı artırıldı – Qadınlara isə xüsusi sürpriz

SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə SOCAR strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılıb.

Bu barədə “Azneft” İB məlumat yayıb.

“Bu bayram 51 minə yaxın SOCAR əməkdaşı üçün ikiqat, 8500-ə yaxın qadın əməkdaşımız üçün isə üçqat sevinc gətirəcək. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın işçilərimizə 100 manat məbləğində mükafat təyin olunub”, – deyə məlumatda qeyd olunur.   /BakuPost/

Davamı

Evlənmək istəyənlərdə tapılan xəstəliklər: 1366 nəfərdə sifilis, 305 nəfərdə isə QİÇS…

Bu ilin fevral ayında nikaha daxil olmaq istəyən 10125 nəfər tibbi müayinədən keçib.

Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 390 nəfərində talassemiya daşıyıcılığı, 17 nəfərdə sifilis, 12 nəfərdə isə QİÇS aşkarlanıb.

Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 7 olub.

Direktor qeyd edib ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 28 fevral 2018-ci ilə kimi 383 805 nəfər müayinədən keçib: “İndiyə qədər tibbi müayinədən keçmiş 14 654 nəfərdə talassemiya daşıyıcılığı, 1366 nəfərdə sifilis, 30

Davamı

Azərbaycanda satılan qoz-fındıqda qorxulu xəstəlik var – DƏHŞƏTLİ açıqlamalar

Azərbaycanda bazarlarda satılan qoz-fındığın tərkibində qaraciyər serrozu yaradan toksiki maddə var
Novruz bayramı ərəfəsində əhali bayram süfrəsi və şirniyyatlar üçün qoz, fındıq, badam almaq üçün bazarlara üz tutur. Qız-fındıq, ləpənin qiyməti cibimizə uyğun olmasa da Novruza xatir bu ərzaqlardan az da olsa almağa çalışırıq.
Azərbaycanda satılan qız-fındıqla bağlı əhali arasında müxtəlif məlumatlar yayılıb. İddialara görə, qoz və fındıqdan daha çox gəlir götürmək üçün istehsalçılar uzun illərdir ki, bir üsula əl atırlar. Belə ki, qız-fındığı yığandan sonra satışa verməzdən əvvəl uzun müddət nəm yerdə saxlayır, qurutmur, düzgün şəraitdə saxlamırlar. Nəticədə nəm ləpə çəkidə daha ağır gəlir və alıc

Davamı

Rusiyaı generaldan ermənilərə zərbə: “Qarabağda müharibə olarsa dəstək verməyəcəyik”

Separatçı Dağlıq Qarabağ rejimi Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) üzvü olmadığından müharibə olacağı təqdirdə, təşkilat Xankəndinə hərbi dəstək verməyəcək.

Bu barədə KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorov bildirib.

O qeyd edib ki, KTMT bütün sazişləri Ermənistanla imzaladığından İrəvan qarşısında müəyyən öhdəlikləri var.

A.Sidorov bildirib ki, KTMT müvafiq yardım xahişi olmadan quruma üzv dövlətin cəlb olunduğu bu və ya digər münaqişəyə müdaxilə etmək səlahiyyətinə malik deyil.

Davamı

ADAU-da fermerlər üçün daha bir seminar keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) mühəndislik fakültəsində fermerlərin iştirakı ilə növbəti seminar keçirilib.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə “Aqrar sahədə yüksək məhsuldar maşınlar kompleksindən səmərəli istifadə” möv­zusunda olan elmi-praktik seminarı giriş sözü ilə təhsil müəssisəsinin Elmi işlər üzrə prorektoru Nizami Seyidəliyev açıb, tədbirdə iştiraka görə fermerlərə təşəkkürünü bildirib. Qeyd edib ki, ölkədə aqrar sahənin inkişafına dövlət dəstəyinin prioritet istiqamətlərindən biri kənd təsərrüfatı texnikası ilə təchizatdır.

Seminarda bildirilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 06 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respubl

Davamı

“Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub

04.03.18-ci il tarixində Gənclər və İdman Nazirliyinin dəstəyi , “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub.  Azərbaycanın tanınmış marketinq mütəxəssisi, Floor6 Kreativ Agentliyinin təsisçisi Leyla Məmmədova gənclərə “PR strategiyasının qurulması” mövzusunda təlim keçib.

Təlim çərçivəsində məlumatların təhlil metodları, məlumatın insanlara ötürülməsi  metodikası haqqında danışılaraq mövzu müzakirə olunub.

Birliyin mətbuat xidmətindən bildirilib ki, informasiya müharibəsi dövründə pr strategiyasını düzgün qurmaq Azərbaycan həqiqətlərini faktlara əsaslanaraq beynəlxalq auditoriyaya daha yaxşı çatdırmaq üçün əsas vasitələrdəndir.

Layihənin məqsədi Azərbaycan həq

Davamı

QHT Şurasından qrant alan təşkilatların adları açıqlandı – SİYAHI

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2018-ci il birinci qrant müsabiqəsində və “Hasilat Sənayesində Şəffaflıq (HSŞ) prosesində QHT-lərin iştirakı” mövzusunda qrant müsabiqəsində qalib gələn QHT-lərin adlarını elan edib.

444 təşkilat 2018-ci il birinci qrant müsabiqəsində, 19 təşkilat isə HSŞ müsabiqəsində (cəmi 463) tələb olunan ekspert balını toplaya bilib.

Saytımız Modern.az-a istinadən saytı qaliblərin siyahısını təqdim edir:

 

 Musabiqe qalibleri 2018-1.docx 

Davamı

Azərbaycanda zorla qaçırılan qız necə qurtuldu? – ŞOK TƏFƏRRÜAT

Ağcabədidə maşının şüşələri sındırılaraq qaçırılan Sevinc Musayeva tapılıb.

Bunu aznews.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəlibəyova deyib. Onun sözlərinə görə, qız hazırda anasının yanındadır:

Oğlan evi Sevinc İsmayılovanı qaçırıb İsmayıllıda gizlətmişdilər. Qız deyir ki, “gördüm məni ortaya çıxartmaq fikirləri yoxdur. Bilirdim ki, valideynlərim də narahatdır. Odur ki, bir çıxış yolu gəldi beynimə. Onları aldatdım. Dedim ki, məni axtarırlar. Gedək polis şöbəsinə yazım ki, mən özüm istəyimlə gəlmişəm. Onlar da mənə inandı. Polis şöbəsinə girəndə qışqırmağa başladım: mən bu oğlanı istəmirəm, məni məcbur aparıblar, onunla ailə qurmaq istəmirəm. Məni xilas edin, əgə

Davamı

ABŞ İranı təhdid etdi – “Bir neçə aydan sonra müharibə başlaya bilər”

“ABŞ, İsrail və müttəfiqləri dünyanı təhdid edən təhlükəli təxribarlara cavab verəcəklər”.

Bunu ABŞ prezidentinin köməkçisi Mayk Pens deyib. Amerikalı diplomat beynəlxalq nüvə müqaviləsinin şərtlərini pozan İranın dünyanı təhlükə qarşısında qoyduğunu bildirib.

“ABŞ, İsrail və müttəfiqləri təhlükəli təxribatlara səssizlik nümayiş etdirməyəcəklər. Əgər İran qarşıdakı aylarda imzalanmış nüvə müqaviləsinin şərtlərini yerinə yetirməsə, ABŞ bu anlaşmadan geri çəkiləcək. İranın dünyanın ayrı-ayrı bölgələrindəki təxribatçı fəaliyyətlərinə qarşı mübarizəyə başlayacağıq. İŞİD-in məğlubiyyətinin İranın qalibiyyətinə çevrilməsinə icazə verməyəcəyik”, – deyə Mayk Pens qeyd edib.    /Cebhe.info/

Davamı

“İctimai” TV-yə sərt İTTİHAM: “Sovet vaxtı bu qədər nadanlıq təbliğ olunmurdu”

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa İctimai Televiziyanın efirində ziyarətgahların təbliğ olunmasını kəskin tənqid edib.
 Fazil Mustafa qeyd edib ki, İctimai televiziyanın efirində ziyarətgahların və digər pirlərin təmiri ilə bağlı veriliş gedirdi.
“Ziyarətgahlarda təmir işlərinin aparılması müsbət haldır və mən bunu təqdir edirəm. Lakin verilişdə belə təmirləri başqa kontekstdə təqdim etməyə çalışırdılar ki, guya insanlar bu ziyarətgahlara gedib nəzir verməlidirlər və oranı təbliğ eləməlidirlər.
Sovet dövründə heç bu qədər nadanlıq , cahillik təbliğ olunmurdu. Bunu İctimai televiziyanın efirində etmək daha zərərlidir. Az qalsın desinlər ki,hər universitetin həyətində ziyarətgah açmaq lazımdır.

Davamı

Bakıda 81 yaşlı kişi 13 yaşlı qıza təcavüz etdi

Bakının Binəqədi rayonunda 81 yaşlı kişi 13 yaşlı yeniyetməyə qarşı əxlaqsız hərəkətlər edib.
Bakının Binəqədi rayonunda seksual təcavüz baş verib. Təcavüzü törətməkdə günahlandırılan şəxsin 81, onun qurbanı olan qızın isə 13 yaşı var.
Bu barədə məlumatı Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, hadisə martın 5-i saat 16:00 radələrində, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroy Detal küçəsində yerləşən 52 saylı evin qarşısında baş verib.
Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü K.H. 2005-ci il təvəllüdlü N.M.-ya qarşı seksual xarakterli hərəkətlər edib. Təcavüz faktı ilə bağlı Binəqədi

Davamı

Röyanın 13 il öncəki 18+ GÖRÜNTÜLƏRİ YAYILDI: “Kənan, söz ver ki, məni soyundurmayacaqsan” – VİDEO

Sosial şəbəkədə müğənni Röya Ayxanın maşın şoudan arxiv videosu üzə çıxıb.

Turkustan.info xəbər verir ki, ifaçı sözügedən verilişdə çox cəsarətli açıqlamaları ilə çıxış edib. Röyanın 18 + söhbətləri kimi təqdim olunan kadrlar “Maşın Şou 2” də çəkilib.

“Maşın şou”nun iştirakçıları ilə tək-tək görüşən Röya Murad Dadaşovun “Maşınla görüşmədin” sualına o, “Maşının altına uzanım?” deyə cavab verib.

Daha sonra Röya Kənana müraciət edərək “Növbəti klipimi sən çəkəcəksən? Amma söz ver ki, məni soyundurmayacaqsan” deyib. Röyanın zarafatına cavab olaraq aparıcı Murad Dadaşov Kənan Mahmu

Davamı

Mirşahinin telekanalında çalışacaq İSİMLƏR – “Real” TV-nin saytı da yaradıldı

Milli Teleradio Şurası, tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi “Real” TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verib. Telekanalın tezliklə fəaliyyətə başlayacağı gözlənilir.

Mirşahinin “Real” TV-yə əsasən keçmiş ANS telekanalının əməkdaşlarını topladığı bildirilir. 

“Real” TV-dən Modern.az-a verilən məlumata görə, Mirşahin Ağayevin yeni komandasında fəaliyyəti dayandırılmış ANS telekanalının aşağıdakı əməkdaşları çalışacaq:

Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailəoğlu…

Hələlik baş redaktor və redaktor

Davamı

Aydın Xırdalanlıdan üzücü xəbər: Sağalmaz xəstəliyə tutuldu

Tanınmış meyxanaçı Aydın Xırdalanlı ağır xəstəliyə düçar olub.

Özəl xəstəxanaların birinə aparılan meyxanaçıda müayinə zamanı qaraciyər serrozu aşkarlanıb.

Saytımıza açıqlama verən A. Xırdalanlı xəbəri təsdiqləyib:

“Özümü yaxşı hiss etmirdim, müayinə olundum və qan analizi verdim. Həkimlər məndə “Hepatit C” aşkarladı. Ağır xəstəlikdir, həkimlər deyir ki, xəstəliyin üstünə tez düşmək lazmdır. Hələ ki, dərdim yeni aşkarlanıb, müalicələrə başlamalıyam”.

Xırdalanlı narkotik asılılıqdan da müalicə olunduğunu bildirib:

“80 faiz narkotikadan uzaqlaşmışam, qalıb 20 faiz. İndi də bu xəstəlik çıxdı, amma məni həmişə Allah saxlayıb, bütün bəlalarda

Davamı

PKK-dan “yaş adyal” hiyləsi: Türk əsgəri son anda duyuq düşdü

PYD-PKK terrorçuları 8 türk hərbçisinin şəhid olduğu 1083 saylı Keçəl Təpəyə ikinci dəfə hücuma keçmək istəyib.

 40 terrorçu pilotsuz uçuş aparatlarından yayınmaq üçün yaş adyalların altında gizlənərək növbəti hücuma cəhd edib. Lakin türk hərbçiləri son anda PUA-larla onların yerini təyin edib və öldürücü zərbə endirib. Əməliyyat zamanı terrorçuların hamısı məhv edilib.

Qeyd edək ki, terrorçuların bir müddət əvvəl 1083 saylı təpəyə hücumu nəticəsində 8 türk əsgəri şəhid olub, 26-sı yaralanıb.    /Axar.az/

Davamı

“Zeytun budağı”ndan ZƏFƏR GÖRÜNTÜSÜ – Afrin qırıcıları heyrətlə izlədi

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 46-cı günündə uğurla davam edir.

Hərəkat çərçivəsində 109-u dünən olmaqla, 2795 PKK/KCK/PYD-YPG ve İŞİD terrorçusu məhv edilib.

Toplam 114 kənd, 22-i dağ və təpə, 30-u strateji məntəqə olmaqla, 144 bölgənin nəzarəti birləşmiş qüvvələr tərəfindən ələ keçirilib.

Hərəkatın 45-ci günündə Afrinin şimal-qərbindəki Beluşanq və Alıcı kəndləri terrorçulardan təmizlənib. Raco və Şeyx Hədid mərkəzlərinin ardınca Afrinin mərkəzinə açılan qapı rolunu oynayan Cinderesdəki terrorçu hədəfləri bombardman edilib. Afrinin qərbində yerləşən terrorçulara aid mövqelər qurudan “Fırtına” tankları ilə a

Davamı

Qırışların qarşısını almaq üçün BUNLARI YEYİN!

Dəri 25 yaşdan sonra yavaş-yavaş qırışmağa başlayır. Qırışların qarşısını almaq üçün təkcə qulluq vasitələrindən istifadə etmək kifayət deyil. Gözəl dəri arzulayırsınızsa, ilk növbədə sağlam qidalanmağa diqqət etməlisiniz.

Publika.az dərini qırışmağa qoymayan, yaşlılıq əlamətlərini aradan qaldıran qidaları araşdırıb:

1. Avokado

Tərkibində bol miqdarda E və B vitaminləri olan bu meyvə dərini ehtiyac duyduğu nəmlə təmin edir. Dəriyə elastiklik və yumşaqlıq bəxş edir, qidalandırır. Tez-tez avokado yesəniz, dəriniz daha gənc görünəcək.

2. Pomidor

C vitamini ilə zəngin olan pomidor dərinin gənc görünməsini təmin edir.

Davamı

PKK-nın 30 illik planı məhv oldu: dağlarda qaldılar

Türkiyə Silahlı Qüvvələrinin Raconu alması nəticəsində PKK-nın Amanos dağları vasitəsilə Aralıq dənizinə keçmək planları iflasa uğrayıb.

Bu barədə “Sabah” qəzetinin yazarı Özgür Cəbə məlumat yayıb.

Yazar bildirib ki, PKK Suriyada vətəndaş müharibəsindən də əvvəl Hatay vilayətinin Hassa rayonu vasitəsilə Amanos dağlarına keçib. Buradakı terror fəaliyyətləri ilə Hatay, Osmaniyə, Qaziantep, Qəhrəmanmaraş, Adıyaman və Malatyada çoxlu sayda hərbçi, polis və mülki vətəndaşı qətlə yetirib.

Afrinin YPG-nin nəzarətinə keçməsindən sonra PKK terrorçuları yay aylarında Hatay ərazisinə yollanırdılar. Qışda isə yenidən Raco, Şeyx Hədid və Bülbül rayonlarına qayıdırdılar.

Kəşfiyyat qurumları Türkiyə ordusu

Davamı

Putin 20 min tankı hazır vəziyyətə gətirdi – Avropada BÖYÜK MÜHARİBƏ

Rusiya böyük müharibəyə hazırlaşır.

Bunu Belsat TV-yə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.

“Bu, strateji qərardır. Belə bir qərar yekun olaraq 2013-cü ilin əvvəlində verilib. Hökumətin fikrincə, 2030-cu ilə qədər, özəlliklə 2020-ci illərdə müharibə təhdidi artacaq və Rusiyaya hər tərəfdən hücumlar olacaq. Buna görə də Rusiya strateji müdafiə perimetri hazırlayır. Bu hazırlıq təkcə şimal-şərqi Avropada yox, həm də Arktikada, Kurildə, Yaxın və Orta Şərqdə, Qara dənizdə aparılır. Rusiya ilə qonşu ölkələrə böyük dünya şahmat taxtasında vacib strateji fiqur kimi baxılır. Vacib olan bu fiqurlara sahib olub, onun düşmənin yanına keçməsinə, özünə qarşı hücum plasdarmı kimi istifadə edilməsinə imkan verməməkdir”, – analitik qeyd

Davamı

Bu QANUNLARDA dəyişikliklər olacaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Iclasda ilk öncə deputatlar Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsini müzakirə edəcək.

Daha sonra Seçki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, o cümlədən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Sosial sığorta haqqında”, “Yaşayış minimumu haqqında” və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 24 məsələ daxildir.   /A24.Az/

Davamı

Arvadını öldürüb qanlı əlləri ilə canlı yayım etdi – ŞOK VİDEO

Almaniyada yaşayan Suriyalı qaçqın adam arvadını bıçaqlayaraq öldürəndən sonra Facebookda canlı yayım edib. Cani ər məqsədinin həyat yoldaşlarını qəzəbləndirən qadınlara mesaj vermək olduğunu deyib.

 Almaniyaya köç edən Suriyalı Ai Marvan adlı adam arvadını boşandıqdan sonra Livanlı bir kişi ilə evlənmək istədiyi üçün öldürdüyünü deyib. 41 yaşındakı kişi 37 yaşlı arvadını beş bıçaq zərbəsi ilə qətlə yetirdikdən sonra 12 yaşlı oğlu ilə birlikdə qaçıb  Cani adam daha sonra əllərindəki qan izlərini təmizləmədən Facebookda arvadını öldürdüyünü etiraf edib.
Qatil ər qaçdıqdan bir müddət sonra polis tərəfindən yaxalanıb.     /Moderator.az/