Türkiyə ordusu Afrin mərkəzinin bir addımlığında: 6 mərkəz terrorçulardan təmizləndi – Foto

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) yanvarın 20-dən davam edən Afrin əməliyyatı 47-ci günündə fasiləsiz davam edir.

Bir qəsəbə mərkəzi və Racu, Bülbül, Şeyx Hədid, Cinderes, Şeran və Mabatlı da daxil olmaqla 6 bölgə mərkəzindən ibarət Afrinin mərkəzinə girmək üçün ən əhəmiyyətli məntəqələrdən olan Cinderes şəhər mərkəzində yerli icra əməliyyatları aparılır.

“Zeytun budağı” əməliyyatı çərçvəsində TSQ və ASO dünən axşam Cinderes bölgəsinə bağlı Tall Hamu kəndi ilə qəsəbənin şimal-şərqindəki Şeran bölgəsinə bağlı Matinli kəndini terrorçulardan təmizləyib.

Bundan əvvəl 6 mərkəzdən Racu, Bülbül, Şeyx Hədid və Şeran bölgələri terror təşkilatlarından təmizlənməşdi.

Davamı

Varisin yeni kitabının imza günü

Mart ayının 9-da, saat 17-dən 20-dək paytaxtın İstiqlaliyyət küçəsində yerləşən Libraff kitab mağazasında Varisin “Uzaqdan gələn yağış” adlı yeni romanının imza günü keçiriləcək.

Cildində “Gənclərin birnəfəsə oxuyacağı kitab” qeydi yer almış “Uzaqdan gələn yağış” körpə fidanların qol-budaq atıb böyümək arzusunu gözündə qoyan amansız bağban qayçılarından bəhs edərək insanlığı “sevgi” adlı bir hədəfi “maddiyyat” və “təmənna” adlı cəlladların nişangahından çıxarmağa çağırır.

Onu da qeyd edək ki, yanvar ayından satışda olan və artıq kifayət qədər diqqət oyada bilən “Uzaqdan gələn yağış” kitabını Libraff mağazası imza günündə xüsusi 20 faizlik endirimlə satışa çıxaracaq.

Kitab Teas-press nəşriyyatında nəşr olunmuşdur.

Davamı

Prezident seçkiləri üçün ödənişli təşviqat qiymətləri açıqlandı

İTV Prezident seçkiləri üçün ödənişli təşviqat qiymətlərini açıqlayıb

 İctimai Televiziya və Radio Yayımları Şirkəti aprelin 11-nə təyin edilən prezident seçkilərində ödənişli seçkiqabağı təşviqat aparılması üçün qiymətləri açıqlayıb. İctimai Televiziyada (İTV) prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manatdır.

Çıxışın saniyəsinin maksimum qiyməti isə 50 manat müəyyən edilib. İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazımdır. Ödənişli təşviqata qoşulan namizədlər günün müxtəlif saatlarında İTV və İctimai radioda çıxış edə bilərlər.

Davamı

Obamanın “Oh,sən azərbaycanlısan” dediyi oğlan kimdir?

Obamanın “Oh,sən azərbaycanlısan” dediyi oğlan kimdir?
AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya Təlim Mərkəzinin könüllüləri tərəfindən Azərbaycanca Vikipediyada yeni məqalə yaradılıb. Məqalə “Antisemitizmə və ksenofobiyaya qarşı mübarizə” gənclər dərnəyinin rəhbəri Siyavuş Derəxti haqqındadır. İsveç hökuməti S.Derəxtinin düşmənçilik və ksenofobiyaya qarşı göstərdiyi fəallığı nəzərə alaraq 2013-cü ildə II Dünya müharibəsi zamanı almanların ölüm düşərgələrindən minlərlə yəhudini xilas edən isveç diplomatın şərəfinə adlandırılan “Raul Vollenberq” mükafatını ona təqdim edib. 2016-cı ildə azərbaycanlı gənc fəal Siyavuş Derəxtinin adı “Forbes” siyahısına daxil edilib.

Davamı

Suriyada təyyarə qəzasında ölən general 20 Yanvarda Bakıda olub

Ötən gün Rusiya Müdafiə Nazirliyinin Suriyadakı Hmemymim aviabazası yaxınlığında qəzaya uğramış An-26 təyyarəsinin göyərtəsində olan 39 hərbçidən biri, general-mayor Vladimir Yermeyev 1990-cı ilin yanvarında Bakıya yeridilən QRU xüsusi təyinatlı dəstələrinin tərkibində olub.

General Yermeyev Sverdlovskdakı Suvorov hərbi məktəbinin məzunudur. 2012-ci ildə o, əlahiddə Sevastopol Qırmızı ulduzlu motoatıcı briqadasının komandiri təyin edilib.

2016-cı ildə prezident Vladimir Putin ona general-mayor hərbi rütbəsi verib. Putinin bu barədə fərmanı 2016-cı il dekabrı 12-də dərc edilib. Habelə Aleksandr Saverin “Rusiyanın hərbi xüsusi təyinatlıları. QRU-dan olan nəzakətli adamlar” kitabından məlum olur ki, Vladimir Yermeyev xüsusi təyinatlıların tərkibində Əfqanəstanda xidmət edib. 1980-ci illəri

Davamı

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi – VİDEO

Novruz bayramı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

-bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

-tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

-tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

-tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmas

Davamı

Anar 18+ videosunu yayan arvadını susdurdu: “Ərə gəlməzdən qabaq…”

Bu gün “Hər şey daxil” verilişinin qonağı olan Anjelika Cəbiyeva keçmiş həyat yoldaşı, reper Anar Nağılbazın qalmaqallı videosundan danışıb.

Anjelika efirdən Anarın sözügedən 18+ videosunu yaymadığını bəyan edib: «Belə bir fikrim olsaydı, 6 il bundan qabaq edərdim”, deyib.

 Yenicag.az-a açıqlama verən Nağılbaz keçmiş xanımının yalan danışdığını deyib:

“Yenə də efirə çıxıb, yalan danışır. Özünü ucuz reklam etməsin, bəsdir. Hələ başıpapaqlılarından kimsə qarşıma çıxa bilmir. O, göstərişlə danışır. Hamısı məhkəmədə cavablarını alacaqlar. Bu videonu da da özləri yayıb. O, hələ ərə gəlməzdən qabaq da ev söhbəti edirdi”.

Davamı

Valyuta bazarında mart təlatümü: Bahalaşma qapıda?

“Fevral ayında dollara tələbin yüksəlməsi qeydə alınıb. Bu ilin ilk ayında hərraclarda 299.1 milyon dollar satan Dövlət Neft Fondu ötən ay 364,1 milyon dollar xərcləyib. Bu isə o deməkdir ki, fevralda dollara tələb əvvəlki ay ilə müqayisədə 21 faiz yüksəlib.İqtisadçılar hesab edir ki, dollara tələbat mart ayında da yüksək olacaq.Nəzərə alsaq ki, qarşıdan yay ayları gəlir və bu dollar tələbatın daha da artmasına səbəb olacaq.Ölkəyə turistlərin gəlməsi və ya ölkə vətəndaşlarının turistik səfərləri dollara ehtiyac yaradır.Dollara tələbat ardıqca, məzənnə fərqinin artması da gözlənilir.Bu da ölkəyə idxal olunan məhsulların bahalaşmasına rəvac verə bilər.Bu isə onu deməyə əsas verir ki, əgər dollara tələbat sürətlə artmaqda davam edərsə, növbəti bahalaşma dalğasının baş verməsinə zəmin yaradacaq.

Davamı

Qadınlar üçün ideal 20 ölkə: Xanımlar burada daha xoşbəxtdir – SİYAHI

8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində dünyada xanımlar üçün ən ideal hesab olunan ölkələrin adları açıqlanıb. Siyahını U.S. News & World Report hazırlayıb. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, siyahının hazırlanmasında gender bərabərliyi, təhlükəsizlik, inkişaf, gəlirlərin bərabərliyi, insan hüquqlarına riayət kimi meyarlar əsas götürülüb. 

 

20. Portuqaliya. 2015-ci ildə ölkədə parlamentdə qadınlar 34,8 faiz olub. 


19. İtaliya. Konstitusiya 1948-ci ildən cinslərarası bərabərliyi təmin edib.
18. İspaniya. Burada 1939-75-ci illərdə abortlar, boşanmalar qadağan edilsə də,

Davamı

Barda onunla tanış olmaq istəyən oğlanın gözünü çıxardı – Bakıda qanlı olay

Gecə klubunda qanlı cinayət törətməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Günay Süleymanova 2015-ci ilin iyulun 13-də Səbail rayonu, Xəqani küçəsində yerləşən “Troya” gecə klubuna əylənməyə gəlib.

Gecə klubunda tanışlıq təklifi

Günay Süleymanova həmin gün gecə yarısına kimi gecə klubunda əylənib. Ona klubda olan Emin Loğmanov bir neçə dəfə yaxınlaşaraq, tanış olmaq istədiyini bildirib.

Lakin Günay Süleymanova Emin Loğmanovla tanış olmaq istəmədiyini deyib. İyulun 14-də, gecə saat 02-03 radələrində Emin Loğmanov yenidən Günay Süleymanovaya yaxınlaşaraq tanışlıq təklif edib.

Davamı

Dünyanın bir nömrəli casusu Ruzi Nazar və Məhəmməd Əmin Rəsulzadə

Bu il Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının yüz  ili tamam olur. Belə bir tarixin belə bir günündə isə Cümhuriyyətin qurucularından M. Ə. Rəsulzadənin vəfatından 63 il ötür. Həyatı, idealları, amalları ilə müstəqil Azərbaycan qurmağa köklənmiş Rəsulzadənin xatirəsi üçün bu yazını hazırlamağı özümə borc bildim.

1917- ci ilin 1 yanvar günü, Margilanda, Fərqanə vadisinin tam ortasında ipək taciri Cemşid Umirzaqoğlunun ailəsində dünyaya bir uşaq  göz açır.

Adını Ruzi qoyurlar. Ruzinin ata tərəfi yüz illər boyunca Orta Asiyanı dünyaya bağlayan ipək ticarətinin əsas təşkilatçıları kimi dünyada  baş verənləri birbaşa görmüş, nəticə çıxarmış və ən əsası düzgün istiqamət götürə bilmiş insanlardan ibarət idi.

Davamı

Afrinə çatmağa 15 km qaldı – Terrorçuların cəsədi soyuduculardan çıxır – “Zeytun budağı” 47-ci günündə… -VİDEO

Türkiyənin Afrində terrorçulara qarşı başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (7 mart 2018) 47-ci günündədir.

Şeran şəhərinin PKK/YPG-li terrorçulardan təmizlənməsindən sonra Afrinin mərkəzinə doğru 15 km məsafə qalıb.

“Zeytun budağı” əməliyyatının 46-cı günündə məhv edilən terrorçuların sayı isə 2878 nəfərə çatıb. Bundan başqa martın 2-də 8 əsgərin şəhid olduğu əməliyyatda yaralanan mayor Fuat Demirin (24 yaş) həyatını xilas etmək mümkün olmayıb və dünən müalicə olunduğu xəstəxanada şəhid olub.

Əməliyyatın başladığı gündən bu yana ələ keçirilən mövqelərin sayı isə 147-yə çatıb. Belə ki, dünən daha 3 kənd ələ keçirilərək Şeran şəhəri də terrorçulardan təmizlənib.

Davamı

Türklər və kürdlər bir ola bilmədi və İran Türkiyənin hesabına yüksəldi

Tanınmış jurnalist David Gardner “Financial Times” qəzetində yazır ki, BMT Təhlükəsizlik Şurasının Suriyada atəşkəsə dair qəbul etdiyi qətnamə bundan əvvəlki qətnamədən heç də kəsərli olmayıb.

Buna səbəb heç də təkcə prezident Əsədin Dəməşq yaxınlığındakı Qutada qiyamçıları bombardman etməsi deyil. Türkiyənin Suriyanın şimal-qərbindəki kürd qüvvələrinə qarşı hücumu 7 illik münaqişədə yeni cəbhənin açılmasına səbəb olub.

Gardner yazır ki, “sürrealistcəsinə “Zeytun budağı” adlandırılmış bu əməliyyat Türkiyənin daxilində çox populyardır. Bu, prezident Recep Tayyip Erdoğana millətçiliyi şahə qaldırmaq və bəzi şayiələrə görə erkən keçiriləcək seçkidə özünün “bir kişinin hakimiyyəti” sistemini möhk

Davamı

“Rənglərin dünyası” – Balaca rəssam Mehriban Əliyevanın rəsm sərgisi keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt Dövlət Rəsm Qalereyasında balaca rəssam Mehriban Əliyevanın “Rənglərin dünyası” adlı fərdi sərgisi keçirilib.
Sumqayıt şəhər Təhsil İdarəsi, Məhəmməd Füzuli adına 15 sayli tam orta məktəb və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçən sərgidə 50 yaxın rəsm işləri səgilənib.
Tədbirdə 15 saylı tam orta məktəbin rəsm müəlliməsi Sevda Bənnayevanın şagirdi Əliyeva Mehriban Elman qızını tədbir iştirakçıları təbrik edərək hədiyyələr və fəxri fərmanlarla təltif ediblər.
Sumqayıt Dövlət Rəsm Qalereyasında daha bir tədbir 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə baş tutub.
Davamı

Qarabağla bağlı 3 ssenari – Rusiya “valı” çevirir

İrəvanın “iki stul”da oturmaq siyasəti dəngəni dəyişir; Ermənistanda prezident dəyişikliyinə şimaldan ilginc reaksiyalar; rusiyalı tanınmış politoloq: “Ermənilər növbəti dəfə Rusiyanı satdılar, nəticəsi o olacaq ki…”

İşğalçı Ermənistanda martın 2-də, parlamentdə baş tutmuş növbəti prezident seçkisi ətrafında müzakirələr davam edir. Bəllidir ki, səsvermə nəticəsində Böyük Britaniyada səfir işləmiş və imkanlı iş adamı, hakim Respublikaçılar Partiyasının namizədi Armen Sərkisyan 10 səsə qarşı 90 səslə, alternativsiz prezident seçilib.

Ən maraqlı məqamlardan biri isə onun ikili vətəndaşlıq daşımasıdır. Daha doğrusu, namizədliyi verilən ərəfədə Ermənistan vətəndaşlığını qəbul eləməsidir. Çünki Ermənistan konstitusiyası ikili vətəndaşlığa icazə vermir

Davamı

DTX əməliyyatı — 2 terrorçu məhv edildi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam edən əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət “Xaçmaz camaatı” adı altında yaradılmış dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilmişdir.

Bu barədə “Ölkə.Az”a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib. 

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3 (terrorçuluğa hazırlıq), 218.2 (cinayət birlikdə iştirak etmə) maddələri ilə başlanılan cinayət işi üzrə təxirəsalınmaz kompleks əməliyyat tədbirləri keçirilmişdir.

06 mart 2018-ci il tarixdə

Davamı

Azərbaycan jurnalistlərinə 2018-ci il üçün “Beynəlxalq media vəsiqəsi” verildi

Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card)  təqdim edilib. Təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı  olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub.

JuHİ sədri  Müşfiq Ələsgərli bildirib ki, BJF  təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi”  jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş  jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir.  “Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən nəzarətə götürü

Davamı

Azərbaycanda dəhşətli hadisə – Mesajları səhv başa düşdü, öldürüb, ata bağlayıb sürüdü

Cəlilabad rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
İlkin araşdırmalardan sonra Musalı kənd sakini, 21 yaşlı Nəsirov Sirus İlham oğlunun həmkəndlisi, 33 yaşlı Seymur Məmmədov tərəfindən qısqanclıq zəminində öldürüldüyü məlum olub.
Bildirilir ki, martın 2-də S.Məmmədov Sirusun onun həyat yoldaşına yazdığı mesajları gördükdən sonra onu küt alətlə döyərək öldürüb. Daha sonra Seymur öldürdüyü gəncin meyitini kənddən kənarda qoyaraq qaçıb. Meyiti dünən ərazidəki çobanlar aşkarlayıb.
Qətlə yetirilən gəncin yaxınları bildiriblər ki, Sirus nişanlı olub. Onun gələcək xanımı qonşu kənddə yaşayır və mobil telefonu yoxdur. Bu səbəbdən gənc sevgililər Seymurun həyat yoldaşının telefonu vasitəsi ilə əlaqə saxl

Davamı

Azercell-in 4G şəbəkəsinə keç, 5GB internet hədiyyə qazan

Ölkəmizdə ən böyük 4G şəbəkəsinə sahib Azercell Telekom bütün abunəçilərinin 4G xidmətindən yararlanması məqsədilə yeni kampaniyaya başlayır. İndi Şirkət 5GB internet paketini bütün abunəçilərinə hədiyyə edir.  Kampaniyadan yararlanmaq üçün abunəçilərə sadəcə 4G xidmətinə qoşulub, “4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir. 4G şəbəkəsində istifadəsi nəzərdə tutulan 5GB internet ilə abunəçilər əsl 4G sürətini sınamaq imkanı qazanacaqlar. Kampaniya haqqında ətraflı məlumatı www.azercell.com internet səhifəsində əldə etmək mümkündür.

Məlumat üçün bildirək ki, 4G xidmətindən istifadə edib yüksək sürətli internetdən faydalanmaq üçün müştərinin 4G dəstəkli telefonu,  4G xidmətini dəstəkləyən Sim Kartı və telefon ayarla

Davamı

Qənirə Paşayevanın iki təklifi Türkiyədə dəstəkləndi

Millət Vəkili Qənirə Paşayevanın İzmir şəhərinin Karşıyaka rayonunda Azərbaycan Cümhuriyyəti küçəsi və parkının açılması təklifi dəstəklənib.

Millət vəkili İzmir və Qarasunun rəsmiləri ilə görüşdə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliğ olunmasını müzakirə edib.

Q.Paşayeva Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü olduğunu vurğulayaraq, bölgənin mərkəzi küçələrindən birinə Azərbaycan adının verilməsini və orada qoyulacaq lövhədə Azərbaycanla bağlı məlumatların əks olunmasını təklif edib. Bələdiyyə başqanı bu təklifi dəstəkləyib və rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm verəcəyini deyib.

Daha sonra Q.Paşayeva və həmkarı So

Davamı

Xərçəngi bu robot müalicə edəcək – İnanılmaz kəşf

Çin Nanoelmlər və Texnologiyalar Mərkəzinin alimləri təhlükəli şişlərə qarşı uğurla mübarizə aparan ilk avtonom DNK nanorobotlar yaratmağa və onları sınaqdan keçirməyə müvəffəq olublar. Hər bir nanorobot o qədər kiçikdir ki, onu adi gözlə görmək mümkün deyil. Nanorobot ölçüsünə görə iynənin ucundan 5 min dəfə kiçikdir.

Dezoksiribonuklein turşusu (DNT) əsasında işləyən robot boruşəkilli struktura malikdir. Onun uzunluğu təxminən 90 nanometr, diametri 19 nanometr təşkil edir. Nanorobotlar öz konstruksiyası sayəsində araşdırmalar aparmağa kömək edəcək və şişləri müstəqil şəkildə tapacaq. Bundan sonra təhlükəli şişin qanla təmini blok ediləcək. Nəticədə şiş bir neçə həftə sonra məhv olmağa başlayacaq. Nanorobotlar siçanlar üzərində sınaqdan keçirilib. Bir neçə gün və ya həftə ərzində şişin ölçüsünü

Davamı

İlham Əliyev 7 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abbasova Bəsirə Qurban qızı

Abbasova Kəmalə Məmmədyar qızı

Abdullayeva Nina Vasilyevna

Davamı

Dağlıq Qarabağa… – Putinin “gizli ordusu”nun məxfi obyekti TAPILDI – FOTO

Rusiyada jurnalistlər “Vaqner qrupu” xüsusi hərbi şirkətin düşərgəsinin yaxınlığında olublar.
Bu haqda “Znak” yazıb.
Baza Krasnodardan 30 kilometr cənubda, M-4 “Don” yolunun üzərində, Molkino qəsəbəsinin yaxınlığında yerləşir. Jurnalistlər bazanın yaxınlığında Rusiya Müdafiə Nazirliyinin Baş qərargahı yanında Baş Kəşfiyyat İdarəsinin (QRU) 10-cu briqadasının hərbi qulluqçuları ilə danışıblar. Lakin onların bazanın ərazisinə girişinə icazə verilməyib.
Qeyd edək ki, “Vaqner qrupu” ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkin tərəfindən Rusiyanın müxtəlif güc srtukturlarından istefaya çıxan zabitlərdən komplektləşdirilib. Qrup Rusiya prezidenti Vladimir Putinin “gizli ordusu” da adlandırılır.
Qrup

Davamı

Daha bir Rusiya təyyarəsi qəzaya düşdü – 32 nəfər ölüb

Rusiyanın “An-26” təyyarəsi Suriyada eniş edərkən qəzaya uğrayıb.

Turkustan.info Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 32 nəfər həlak olub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə martın 6-da saat 15 radələrində Himeymim aeroportuna eniş zamanı baş verib. İlkin məlumata əsasən, təyyarənin göyərtəsindəki 26 sərnişin və 6 heyət üzvünün hamısı həlak olub.

Qəzaya texniki nasazlığın səbəb ola biləcəyi ehtimal edilir.

Davamı

Polislərin maaşları artırıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

Davamı