Meksikanın cənubunda 12 nəfərin cəsədi tapıldı

Cənubi Meksikanın Qerrero ştatında müxtəlif yerlərdə 12 nəfərin cəsədi tapılıb.

Qerrero ştatını son vaxtlar zorakılıq dalğası bürüyüb.

Belə ki, yerli polisin məlumatına görə, 7 nəfərin meyitinin Axuçitlan-del-Proqreso yaxınlığında gizli qəbirdən çıxarılıb.

Daha 2 nəfər Akapulko kurort şəhərində öldürülüb. Onların cəsədləri avtomobildə tapılıb.

 Bundan başqa, 2 nəfər Çilpansinqo şəhərində bazarda öldürülüb.