Ticarət nümayəndəliklərinin saxlanılması üçün vəsaitin məbləği açıqlandı

Azərbaycan 2017-ci ildə xarici ölkələrdəki ticarət nümayəndəliklərinin saxlanılması üçün 3,7 milyon manat vəsait ayıracaq.

Bu, Milli Məclisin plenar iclasında bu gün qəbul olunmuş “2017-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərdə nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, bu vəsaitlər dövlət büdcəsindən İqtisadiyyat Nazirliyinə ayrılacaq.

 Xatırladaq ki, bu ilin əvvəlindən Azərbaycan Rusiyada, Çində və BƏƏ-də ticarət nümayəndəlikləri açıb. İl ərzində digər ölkələrdə də ticarət nümayəndəliklərinin açılması gözlənilir.