Türkmənistan prezidenti Azərbaycana gələcək

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedov avqustun 8-9-da Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə “Türkmən Dövlət Xəbərləri” (TDX) informasiya agentliyi xəbər yayıb.

Qeyd olunur ki, bu səfərlə bağlı məsələlər ölkə Nazirlər Kabinetinin iclası zamanı müzakirə olunub.