“Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə mane olmağa çalışırdı”

Ermənistan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi üçün kredit cəlb edilməsinə mane olmağa çalışırdı.

Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin birgə iclasında 2018-ci il dövlət büdcəsi və icmal büdcə layihələrinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu, beynəlxalq maliyyə təşkilatlarının hansı səbəbdən BTQ layihəsinə kredit ayırmadığını izah edir:

“Bunun səbəbi heç də beynəlxalq maliyyə təşkilatlarının Bakı-Tbilisi-Qarsı səmərəsiz layihə hesab etməsi deyil, bizim bədnam qonşumuzun layihənin reallaşmasına mane olmaq cəhdi idi”.

S.Şərifov əlavə edib ki, dövlət başçısı layihənin ölkə vəsaiti hesabına maliyyətləşdirilməsi barədə qərar qəbul etmişdi.