Fələstin Obamanın ayırdığı və Trampın dondurduğu yardımı alıbmış…

Fələstin prezidentinin strateji məsələlər üzrə müşaviri Hüsam Zomlot ölkəsinin ABŞ-ın sabiq prezidenti Barak Obamanın ayırdığı 221 mln. dollar məbləğində tranşı artıq aldığını bildirib.

“Biz Obama administrasiyasının təyin etdiyi son məbləği artıq almışıq. Onlar vəsaiti artıq köçürüblər”, – deyə Hüsam Zomlot bildirib.

“Biz ümid edirik ki, Tramp administrasiyası sələflərinin yürütdüyü siyasəti davam etdirəcək”, – deyə Zomlot bildirib.

Qeyd edək ki, “The Times of Israel” bundan əvvəl bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp Fələstin üçün ayrılan 221 mln. dolların köçürülməsini dondurub.

Məlumata görə, ABŞ nümayəndələri Fələstinin baş naziri Rami Həmdullahı vəsaitin köçürülməyəcəyi barədə məlumatlandırıblar.