Obama Trampa qarşı etirazları dəstəkləyir

ABŞ-ın sabiq prezidenti Barak Obama hazırki dövlət başçısı Donald Trampın siyasətini tənqid edən etirazları dəstəkləyib.

Bu barədə Obamanın rəsmi nümayəndəsi Kevin Lyuis deyib.

Onun sözlərinə görə, Trampın keçən həftə miqrasiya siyasətinə dair imzaladığı fərmanı şərh edərkən: “Dini prinsiplərə görə, insanlara qarşı diskriminasiyalı yanaşma ilə köklü şəkildə razı deyiləm”, – Obama deyib.