Bazar ertəsi, 05 Fevral 2018, 3:18 Axşam
 
 
“Ekologiyamızı öyrənərək,qoruyaq” – Layihə (+FOTO)

“Ekologiyamızı öyrənərək,qoruyaq” – Layihə (+FOTO)

“Ekologiyamızı öyrənərək,qoruyaq” – Layihə (+FOTO) üçün şərhlər bağlıdır

Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən daha bir layihəyə yekun vuruldu.

Gülnar Hüseynlinin rəhbərliyi ilə həyata keçirilən “Ekologiyamızı öyrənərək,qoruyaq” adlı layihənin Sumqayıt və Bakı şəhərlərində təlimləri keçirilmişdir. İlk öncə layihə rəhbəri Gülnar Hüseynli gənclər fondunun gənclərə yaratdığı geniş imkanlardan söhbət açmış, təqdim olunmuş layihələrdən faydalanan minlərlə gəncin olduğunu qeyd etmişdir. Ardınca gənclərə təqdim olunan təlimçi Arzu Nəbizadə əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan və bu gün layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin gənclərə yaratdığı imkanlardan, Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun bu siyasətə verdiyi töhfələrdən, onların önəmindən söhbət açmışdır. İlk təlimi Sumqayıt şəhər 11 nömrəli məktəbdə keçilən “Ekologiyamızı öyrənərək, qoruyaq” adlı layihənin də gənclər fondu tərəfindən dəstəklənən minlərlə layihədən biri olduğunun gənclərə çatdırıldığı təlimlərdə onlarla gəncə ekologiya haqqında məlumat verilmiş, ekologiyanın biosferin sferalarında yaranan ekoloji problemləri müzakirə olunmuşdur. Ekoloji problemlər, onların aradan qaldırılma yollarından əlavə qarşısının alınması və zərərlərin minimuma endirilməsi istiqamətində də məlumat alan gənclər əyləncəli oyun vasitəsi ilə təlimin mövzusunu daha yaxşı mənimsəmiş, layihədən razı qaldıqlarını bildirmiş, belə layihələrin sayca çox olmasını arzulamışlar. Təlimin sonunda gənclər təlimçi Arzu Nəbizadəyə mövzu haqqında və Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondu barədə suallar ünvanlamış onların bu sualları ətraflı cavablandırılmışdır. Gənclər Fonduna özlərinin də layihələr verə biləcəyini öyrənən gənclər layihə rəhbəri Gülnar Hüseynliyə və təşkilatçılara təşəkkürünü bildirmişdir. Tədbirin sonunda layihə rəhbəri Gülnar Hüseynli maliyyə dəstəyinə görə Azərbaycan Prezident yanında Gənclər fonduna, təşkilatı dəstəyə görə Binəqədi rayon Gənclər evinə, təlimçi Arzu Nəbizadəyə, fəal gənclərdən Nicat Cəbrayılova , Elnur Hüseynova. İslam Səmədova və bütün iştirakçılara minnətdarlığını bildirmişdir.

 

 

 

reportyor.az

Bənzər yazılar
Payla
cinsel sağlık
free proxy