Taleh Şahsuvarov yazır – Ləhcə söhbəti

Dostlar, mən sosial şəbəkələri bir az ayrı gözlə izləyirəm, bu da təbiidir. Son günlər biriləri gərginliyi sanki süni şəkildə artırır, siyasi mübarizəni cılızlaşdırır, səviyyəni dibə salır. Bu barədə danşmaq istəmirəm. Çünki cəmiyyət özü müqavimət göstərir bu halllara. Ancaq diqqətimdən yayınmır ki, Azərbaycan prezidenti YAP qurultayında indiki Ermənistanın tarxi Azərbaycan toroaqlarında qurulduğunu deyərək həmin ərazilərimizin geri alınmasını strateji bir vəzifə kimi qarşıya qoyandan dərhal sonra “5-ci kolon”un mühacir və ölkə daxilindəki nümayəndələri “ləhcə” söhbəti atdılar ortaya. Dillərinin altındakı paxlanı çıxara bilməsələr də bununla bir anti-regionçuluq ovqatı yaratmaq istədikləri bəllidir. Digər “cəngavər”lik projeləri də elə bu məqsədə xidmət edir. Azərbaycanımızın hər bölgəsi və hər bölgədəki əhali qrupu bizim hər birimiz üçün doğma olmalıdır, şəxsən mənim üçün elədir. Anti-region söhbəti kimə qarşı salınsa mən həmin bölgədənəm: naxçıvanlı, göyçəli, şirvanlı, qarabağlı, gəncəbasarlı, cənublu, şimallıyam. Biz bir bütünün parçaları kimi xalqımızın mədəniyyət və hədəflərinə töhfə veririk. İdeallarmız böyük, missiyamız alidir. Odur ki, bu cür söhbəti ortaya atanlara millətin ayağına dolaşan alaq otları kimi baxmalıyıq. Xalqımız böyükdür, əzəmətli ulu çınardır! Bu çinarın hər qolu, hər budağı canımızdandır.