Elman Cəfərli yazır – Qotur it və rus dili…

Yaşadığım binanın zirzəmisinə 1 qotur, xəstə it girib çıxmırdı. İtləri Qoruma Təşkilatına zəng elədim. Qurumun rusdilli xanım sədri ilə aramızda belə bir dialoq alındı: -Salam -Zdrasti. -Xanım, binanın zirzəmisində xəstə, qotur it var. Sahibsiz İtlərlə Mübarizə İdarəsinə zəng etmək istəyirəm. Xanım təlaşla: – Yox, ora ne nado zəng etmək. Onlar gəlib itlari öldurmak. -Yaxşı, bəs mən yazıq nə etmək? -Siz belə etmək. O iti tutmaq, aptekdan dərman almaq, belinə sürtmək. Lazımdır iti sağaltmaq. Dedim: -Xeyr, bağışlayacaqsız, əzizim. Mən istəmirəm qotur tutmaq, virusa yoluxmaq. Xanıma başqa əlacım olmadığını, qotur iti zirzəmidən qovub çıxaracağımı dedim. Xanım lap qəzəbləndi: – Oy ujas. Siz necə də zloy adamsız! Belə olmaz. İti isti yerindən qovmaq olmaz! Bax, nazirliklər, idarələr, özəl qurumlar doludur rus dilinin də, Azərbaycan dilinin də belini bu cür qıran, anasını ağladan adamlarla. Ana dilini sevin! Müstəqillik, ana dilində yazıb oxumaq hüququ böyük üstünlükdür. Hər millətdə olmur.