ADAU-dan Xocalı məktəblilərinə hədiyyə

26 fevral 2018-ci ildə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimindən sonra, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tərəfindən Xocalı rayon Təhsil Şöbəsi Kosalar kənd tam orta məktəbinin təmir olunan kimya-biologiya kabinəsinin açılışı olub.
Açılışda iştirak edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edib və deyib ki, Xocalı faciəsi xalqımızın, bötüvlükdə bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biridir. Rektor bildirib ki, bü gün dövlətimizin diqqət və qayğısı sayəsində məcburi köçkünlər, o cümlədən ,Xocalı sakinləri üçün müasir yaşayış evləri, məktəblər, bağçalar və digər infrastruktur obyektlər istifadəyə verilir. Bununla belə, ADAU ailəsi olaraq, Xocalı məktəbliləri üçün bir hədiyyə etməyi biz də özümüzə borc bildik. Ona görə də məktəbin kimya-biologiya kabinəsinin təmirini, onun müvafiq avadanlıqlarla, o cümlədən kompyuter, proyektor,elektron lövhə, kitablar, dövlət rəmzləri, erməni təcavüzünün nəticələrini əks etdirən guşə, dünyanın tanınmış bioloq və kimyaçı alimlərinin şəkillərini əks etdirən stendlər və s. ilə təminatını universitet öz üzərinə götürdü.
Məktəbin müəllim heyəti və şagirdləri göstərilən dəstəyə görə rektora təşəkkürlərini bildiriblər.