Ərindən arvadına 8 Mart “hədiyyə”si – qabırğalarını qırdı

Bakıda ər arvadını döyərək qabırğasını sındırıb.

Hadisə ötən gün baş verib.

Sultanməcid Əfəndiyev küçəsində 43 yaşlı Əzizova Şəfiqə Yaqub qızı həyat yoldaşı ilə mübahisə edib. Nəticədə əri onu döyüb.

Yaralı qapalı kəllə-beyin travması və qabırğa sümüklərinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.  /Report/