Ülviyyə Quliyeva yazır – Hiss edin, yaşayın, yaşadın

90-cı illərdə telefon az idi, sosial şəbəkələr az idi. Amma biz dostlarla görüşürdük. Metroda avtobusda blootuzla bir birimizə şəkillər göndərirdik. Tanış olurduq. Radiomuz var idi. Hər axşam nömrələr səslənirdi, zəng vurub tanış olurduq. Səmimi ortam var idi. Sağlıqlı ortam var idi. Amma indi…

10 yaşlı uşaq yeməyini tez bazar yeyir ki, planşetini götürsün. Metroda hamının boynu əyilib, az qalırlar telefonun içinə girsinlər. Hamı stressli, aqresiv.

Uzun sözün qısası, mən o illərin uşağıyam. Son iki ildir ki, evdən çıxan kimi telefon və vatsappa baxmıram. Mənim üçün önəmli deyil kim nə yazıb, inboxda nə var və ya hansısa mail gəlib. Mən çöldə sosialdan uzağam. Axşam evə gəlib hər şeyi həll edirəm. Bir gün öncədən səhərki günün planını tuturam. Telefon mənə zəng üçün lazım olur. Mən də kiməsə vacib lazımamsa zəng edər. Əgər zəng etmirsə demək ki, o qədər də önəmli deyilmiş işi.

Sizə görə mən həyat tərzimi dəyişən deyiləm. Buna görə küsməyin. Siz də mənə qoşulun. Məyər pisdirmi bir ortamda hamını görmək, salamlaşmaq, səmimi görüşlər? İnsan ruhu ilə canı ilə baxışları ilə gözəldir.

Hiss edin, yaşayın, yaşadın. Sosialdan uzaq olun. Başınızı smartfondan qaldırın. İnanın ki, ətrafınızdakı mənzərələr daha gözəldir.

P.S. İdeyalarımdan biri bu mövzu ilə bağlı idi və ilkin mərhələni keçdim. Daha detallı görüşdən sonra. Hamınız əzizsiniz. Amma real həyatda sizi görmək daha xoşdur, nəinki sosialda…