İctimai Nəzarət Koalisiyasında yeni təyinatlar

Bu gün Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin və İctimai Nəzarət Koalisiyası Rəyasət Heyətinin toplantısı keçirilib. Qurumun mətbuat xidmətindən «Təzadlar»a verilən məlumatda bildirilir ki, toplantıda gündəlikdə duran bir sıra cari məsələlər müzakirə edilib.
Müzakirə olunan məsələlərdən biri son həftə ərzində görülən işlər barədə olub. Belə ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında bir sıra dövlət qurumları rəhbərlərinin bürokratik əngəllərinin «məhsulu» olan problemlər İNK əməkdaşlarının müdaxiləsindən sonra dərhal həllini tapıb.
Eləcə də bu günkü toplantıda Bayram Hacıyev İNK-nin Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Departamentinin sədri, keçmiş polis əməkdaşı Vaqif İbrahimov İNK-nin Cəbrayıl rayon təşkilatının sədr müavini, Tahir Əliyev Sahibkarlıq Fəaliyyətinə Nəzarət Departamentinin sədri, Həmdulla Şıxəliyev isə İNK-nin Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Departamentinin sədr müavini təyin ediliblər. Onlara tutduqları vəzifələrə dair xidməti vəsiqələr təqdim olunub.
Eldar Əzizli
İctimai Nəzarət Koalisiyasında yeni təyinatlar
İctimai Nəzarət Koalisiyasında yeni təyinatlar
İctimai Nəzarət Koalisiyasında yeni təyinatlar