Rusiya ilə Ukrayna arasında gərginlik böyüyür

Rəsmi Moskva Krıma yeni raket diviziyası yerləşdirir

Rusiya Krım yarımadasında “Triumf” “S-400” Zenit-Raket diviziyasını daimi dislokasiya edəcək.

“İnterfax” xəbər verir ki, bunu noyabrın 28-də Cənub Hərbi Dairəsinin nümayəndəsi Vadim Astafyev bildirib.

Buna səbəb olaraq, Rusiya və Ukrayna dənizçiləri arasında baş vermiş hadisə göstərilir. Məlumata görə, Rusiyanın məqsədi yarımadada hava hücumundan müdafiəni gücləndirməkdir.

Rusiya Krım yarımadasında hava hücumundan müdafiəni təmin etmək üçün daha əvvəl yarımadada 3 ədəd “S-400” diviziyası yerləşdirib.

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.