Nikol Paşinyan: “Ermənistan yenidən prezident idarəçilik sisteminə qayıda bilər”

Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan ölkənin yenidən prezident idarəçilik sisteminə qayıda biləcəyini istisna etməyib. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu o, bu gün Sisyan şəhərində keçirilən “Mınim addımım” blokunun seçkiqabağı mitinqində bildirib.

“Əgər parlament üsul-idarəsinin prezident idarəçilik sisteminə əvəzlənməsinin labüdlüyünə əmin olsaq, bizə heç nə mane olmur, sizin razılığınızla bunu edəcəyik”, – Paşinyan mitinqə toplaşanlara deyib.

O həmçinin əlavə edib ki, konstitusiyada dəyişilməsi mütləq olan bəzi maddələr var. “Konstitusiyamızda belə bir maddə var ki, deputat və nazir olmaq üçün şəxs son 4 il ərzində yalnız Ermənistan vətəndaşı olmalı və ölkə ərazisində yaşamalıdır. Deputatlarla bağlı bu müddəa özünü doğruldur, lakin nazirlərə gəlincə, imkan vermir ki, diasporun potensialından istifadə edək”, – Paşinyan mövqeyini izah edib.