Moskvadan ABŞ-a cavab gecikmədi:”Rusiya raketlərin məhvi anlaşmasına ciddi şəkildə əməl edir”

“Rusiya Yaxın və Orta Mənzilli raketlərin məhvi anlaşmasına tamamilə riayət edirdi”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Rusiya buna ciddi şəkildə əməl edir və Amerika tərəfi də bunu bilir”, – deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyanın razılaşmaya əməl etməyəcəyi təqdirdə, bu anlaşma ilə bağlı öhdəlikləri dayandıracağını bəyan etmişdi/Axar.az.