Yüz yaşlı qadın uzunömürlülüyün başlıca «sirri»ni açıb – Britaniyada

Britaniyada 100 yaşlı qadın uzunömürlülüyün başlıca «sirri»ni açıb. Bu, çoxsaylı qadınlar üçün də yararlı ola bilər.

Edinburqdan olan Meri Harris Birinci dünya müharibəsinin başa çatmasından bir neçə gün sonra – 1918-ci il dekabrın 3-də anadan olub. İkinci dünya müharibəsi zamanı o, zavodda işləyib və qardaşlarına-bacısına kömək edib.

Onların heç biri günümüzə qədər yaşamayıblar, Meri isə artıq 100-üncü yubileyini qeyd edib. Yüz illik yubileyi münasibətilə onu hətta kraliça İkinci Yelizaveta da təbrik edib.

2003-cü ildən üzübəri Meri qocalar evində yaşayır və oranın ictimai həyatında fəal iştirak edir: kilsə mərasimlərinə qatılır, rəqslərə və parikmaxerə gedir. O, həm də tünd bir içki dolu «stəkan arxasında» qonşuları ilə «çənə vurmağı» da sevir…

Meri uzun ömürlü olmasının başlıca sirrini kişilərlə heç bir probleminin olmamasında görür. O, heç vaxt ailə qurmayıb və əmindir ki, qadın kişilər barədə nə qədər çox narahatlıq keçirərsə, onun əsəbləri və ümumilikdə, sağlamlığı da o qədər çox korlanar.

Qəribədir, deyilmi? Bizə elə gəlir ki, qadının bu «etirafı» ərə getməməyin dolayı reklamıdan başqa bir şey deyil və mahiyyət etibarilə məşhur «qızıl milyard» siyasətinə xidmət göstərir…