KERÇ BOĞAZINDA BLOKADA: Rusiyanın növbəti həmləsi nə ola bilər? – TƏHLİL

Leonid Raqozin

“Əl-Cəzirə”

Noyabrın 25-də Rusiya Kerç boğazı vasitəsilə Azov dənizinə keçmək istəyən Ukraynanın üç silahlı gəmisi hücumla əl keçirib. Bu hərəkət beynəlxalq qınama dalğasına səbəb olub, Ukrayna onu Rusiyanın təcavüzü adlandırıb və NATO-dan Qara dəniz regionunda Rusiyaya müqavimət göstərməyi xahiş edib.

İlk baxışda bu, 2014-cü ildə Maydan inqilabı ilə başlayan Rusiya-Ukrayna hərbi və siyasi qarşıdurmasının son səhnəsi kimi görünür.

Kerç boğazı Rusiyanı Krımdan ayırır və Qara dənizi Azov dənizinə bağlayır. Krımın ilhaqından sonra Rusiya Ukraynanın razılığa olmadan boğazda körpü tikib.

Kağız üzərində Ukrayna gəmilərinin Azov dənizində hərəkəti hər iki ölkə gəmilərinin azad çıxışını təmin edən, Ukrayna və Rusiya arasında 2003-cü ildə imzalanmış müqavilə ilə tənzimlənir. Krım körpüsü istifadəyə veriləndən Rusiya Azov dənizində ticarət gəmilərinin Ukraynanın Mariupol limanına yan almasına mane olur və ötən həftə baş verən hadisədən sonra bu, faktiki olaraq blokadaya çevrilib.

Ukrayna və Rusiya arasında ittihamlar mübadiləsi nəzərə aldıqda bir sıra məsələləri aydınlaşdırmaq vacibdir.

Ukraynanın Odessadan Azova silahlı gəmi göndərmək hüququ varmı? Bəli, var.

Bu gəmilər boğazdan Rusiyanın icazəsini almadan keçə bilərmi? 2003-cü ilin müqaviləsinə əsasən, bəli.

Ukrayna hərbçilərinin həbs edilməsi və gəmilərinin ələ keçirilməsinə etiraz və Qərb müttəfiqləri məsələyə müdaxilə etməlidirmi? Mütləq.

Ukrayna bu hadisəni Rusiyanın gələcək işğal addımına hazırlıq adlandıra bilərmi? Uzun müddətli təcavüzkarlığı nəzərə alaraq, bu mümkündür.

Kerç boğazı hadisəsi ilə bağlı mübahisə Ukrayna prezidenti Petro Poroşenkonun televiziyada canlı yayımlanan çıxışına qədər kifayət qədər sadə görünürdü. Onun elan etdiyi hərbi vəziyyət siyasi partiyaların və mitinqlərin qadağan, həbs qəti imkan tədbiri tətbiq etmək, əmlakı ələ keçirmək və mətbuat orqanlarını qapatmaq hüququ verəcək. Həmçinin hər cür seçkiləri açıq şəkildə qadağan etmə.

Ukraynalı liberal şərhçilər bu elanı qarşıdan gələn prezident seçkilərini təxirə salmaq cəhdi olaraq yozur. Seçki kampaniyasının rəsmi başlanğıcına bir ay qalmış anketlər Poroşenkonun sabiq baş nazir Yuliya Timoşenkoya uduzacağını göstərir.

Maydan inqilabının ruhunu təmsil edən jurnalist və millət vəkili Sergey Leşçenko Poroşenkonun hərbi vəziyyət elanını diktator qanunvericiliyinə, sələfi Viktor Yanukoviçə oxşadıb.

Hərbi vəziyyət əvvəlcədən nəzərdə tutulduğu kimi, Ukraynanın 27 bölgəsindən yalnız 10-da 30 gün müddətinə tətbiq olunub.

Bu, hərbi vəziyyətin dekabr ayının sonunda, prezident seçkisi kampaniyasının rəsmi başlanmasından əvvəl sona çatacağı deməkdir.

Beləliklə, Poroşenko seçkini təxirə salma və rəqiblərinin kampaniyasını 1 aya qədər qısaltmaq imkanını itirib. Lakin hətta məhdud formada bu vəziyyət Poroşenkonun məqsədlərinə xidmət edə bilər.

Seçki kampaniyasının əsas xüsusiyyətlərindən biri Moskvanın nəzarəti altında olan bir çox kilsənin yerinə Ukrayna pravoslav kilsəsinin yaradılması mübarizəsidir.

Poroşenko İstanbuldakı patriarx I Varfolomeyin əta etdiyi kanonik statusundan faydalanır. Kerç hadisəsindən bir neçə gün sonra Konstantinopol patriarxiyası bu qərarın razılaşdırıldığını elan edib.

Ancaq bu layihə yalnız Moskva Patriarxlığına sadiq kilsənin əmlakı, xüsusilə lavra kimi tanınan monastırlar ələ keçirildikdə başa çatdırıla bilər.

Kerç boğazına gəmilərin göndərməsindən bir gün əvvəl rəsmi Kiyev ölkənin qərbindəki, Moskvaya sadiq kilsənin binalarını öz ixtiyarına keçirib. Jitomir və Kiyevdə Moskva Patriarxatlığına aid binalarda axtarışlar aparılıb.

Ancaq tarixi və siyasi əhəmiyyəti olan Kiyevdəki Peçerskaya Lavranı ələ keçirmək cəhdi Rusiyada böyük hiddətə səbəb olacaq və istəsə də, istəməsə də Putini buna cavab verməyə məcbur edəcək.

Moskvada belə bir hal üçün ehtiyat planları tərtib edilir, buna əsla şübhə yoxdur.

Tərcümə: Strateq.az