Hüquq müdafiəçisi Taleh Xasməmmədov həbs edilib

Dekabrın 27-də əldə olunmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən kafelərin birində Bakı şəhər sakini olan bir nəfəri, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1000 manat pul alarkən Göyçay şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov saxlanılıb.

DİN-in mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, daha əvvəl bəzi KİV-lərdə qohumlarının hüquq müdafiəçisi, “Qanun və hüquq” təşkilatının başçısı Taleh Xasməmmədovla əlaqə saxlaya bilməmələri barədə məlumat yayılmışdı.

Onu da qeyd edək ki, T.Xasməmmədov bundan əvvəl də həbs edilib və Prezident İlham Əliyevin imzaladığı 17 mart 2016-cı il tarixli sərəncamla azadlığa buraxılıb.