Mətbuat katibi direktor, müavini isə şöbə müdiri təyin oldundu – KTN-də yeni dəyişikliklər

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Reportyor.az  xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası isə Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.

Yeri gəlmişkən, Anar Hüseynovun bu vəzifəyə təyinatı dekabr ayında baş tutub. Lakin məlumat bu gün təsdiqlənib.

Xatırladaq ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr tarixli qərarı ilə yaradılıb. Tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan, fəaliyyəti məqsədəuyğun hesab edilməyən və ləğv edilən 26 MMC daxildir.