DAMM-NİN MƏTBUAT EVİNDƏ “NƏRİMAN NƏRİMANOV” KİTABININ TƏQDİMATI

Bu gün DAMM və İNK-nin Mətbuat Evində Azərbaycanın görkəmli dövlət xadimlərindın biri Nəriman Nərimanov haqqında 1957- ci ildə (rus dilində nəşr olunmuş) tanınmış elm və ictimai xadim, 1991-ci ilin 20 noyabr vertolyot faciəsi zamanı Qarabağ səmasında həlak olmuş Vəli Məmmədovun müəllifi olduğu “Nəriman Nərimanov” kirabının Azərbaycan və gürcü dillərində yenidən nəşrinin təqdimatı keçirildi. Təqdimat mərasimində azərbaycanın görkəmli tarixçi alimləri, ziyalılar iştirak edirdilər.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra qonaqları salamlayan Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci-Vitse Prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov kitab haqqında fikirlərini söylədi, Nəriman Nərimanovun keçdiyi tarixi və keşməkeşli yola diqqət çəkdi.
Tədbirdə tarix elmləri doktoru Firdovsiyyə Əhmədova, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov , həmçinin kitabın çap sponsoru-Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev çıxış etdilər.
Xatırladırıq ki, bu günlərdə tanınmış ədəbiyyatşünas, 1991-ci ilin 20 noyabr vertolyot faciəsi zamanı Qarabağ səmasında həlak olmuş mərhum Vəli Məmmədovun dövlət xadimi, Azərbaycan tarixində mühüm rolu və xidməti olan ictimai-siyasi xadim, yazıçı, həkim Nəriman Nərimanov haqqında yazdığı monoqrafiya iki dildə: Azərbaycan və gürcü dillərində Tbilisidəki “Universal” nəşriyyatı tərəfindən işıq üzü görmüşdür. Kitab ilk dəfə Bakıda 1957-ci ildə nəşr edilmişdir. Müəllif Bakı, İrəvan, Tbilisi, Odessa, Kiyev, Leninqrad (İndiki Sankt-Peterburq ) və Moskva şəhərlərinin arxiv və kitabxanalarında çalışmış, Nəriman Nərimanovun sağ qalan qohumlarını, tələbə yoldaşlarını, dostlarını tapmış, çoxlu qiymətli və maraqlı sənədlər, foto şəkilləri və xatirələr toplamışdır.
İndi iki dildə olan bu kitab Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevin təşəbbüsü və maliyyə dəstəyi ilə işıq üzü görmüşdür. Söhbət zamanı Əli Babayev “Təzadlar”a açıqlamasında demişdir:
-Bildiyimiz kimi, Nəriman Nərimanov Tiflisdə anadan olmuş, burda boya-başa çatmış, Qori Müəllimlər Seminariyasında təhsil almış, soydaşlarımızın yaşadığı Qızılhacılı kəndində bir neçə il müəllim kimi, Tiflisdə isə həkim kimi fəaliyyət göstərmişdir. Bütün bunları nəzərə alaraq kitabın gürcü dilinə tərcümə olunmasını və gürcü oxucularına da çatdırılmasını məqsədyönlü hesab etdik. Bir də 20 noyabr 1991-ci ildə erməni terrorizminin qurbanlarından biri olan, məlum vertolyot qəzasında həlak olan Vəli Məmmədovun gələn il yanvarın 7-də ad günüdür. Məh elə həmin gün kitabın təqdimatını keçirmək və onun əziz xatirəsini yad etmək niyyətindəyik. Onu da qeyd edim ki, bu nəcib insanla yaxından tanış idim. Bakıda təhsil aldığım vaxtlar onun işlədiyi yerdə təcrübə keçmişəm. Onun qayğıkeşliyi, nəcibliyi yenə də gözümün önündədir. Sovetlər dövründə Qızılhacılı kəndinin yerləşdiyi Marneuli rayonunda hər il aprel ayları Nərimanov günləri keçiriləndə Bakıdan bir neçə alim və yazıçılar ilə birlikdə Vəli Məmmədov da təşrif buyururdu. Allah rəhmət eləsin. Onu da xüsusilə qeyd edim ki, bu nadir kitabın yeni nəşrini Nərimanovun Bakıdakı və Tiflisdəki ev muzeylərinə, eləcə də Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə, kitabxanalara paylamaq fikrindəyəm…
Onu da deyək ki, kitabın tərtibçisi-tərcüməçisi Mirzə Məmmədoğlu, redaktoru isə tanınmış gürcü yazıçısı Nariman (Naro Kolxeli) Yaşağaşvilidir.
JASMİN
DAMM-NİN MƏTBUAT EVİNDƏ "NƏRİMAN NƏRİMANOV" KİTABININ TƏQDİMATI-YENİLƏNDİ
DAMM-NİN MƏTBUAT EVİNDƏ "NƏRİMAN NƏRİMANOV" KİTABININ TƏQDİMATI-YENİLƏNDİ
DAMM-NİN MƏTBUAT EVİNDƏ "NƏRİMAN NƏRİMANOV" KİTABININ TƏQDİMATI-YENİLƏNDİ
DAMM-NİN MƏTBUAT EVİNDƏ "NƏRİMAN NƏRİMANOV" KİTABININ TƏQDİMATI-YENİLƏNDİ