Şeyma Subaşından ayrılan Acun İlıcalının adı Itır Esen ilə eşq macərasında hallanır.

Yenicag.az xəbər verir ki, Türkiyə mediası artıq onların birlikdə tətilə çıxdığı barədə məlumatlar da paylaşır.

Belə ki, cütlüyün Türkiyənin məhşur “Bağdad Caddesi”ndə yemək yediyi, daha sonra birlikdə teatra getdiyi bildirilib. Bəzi məlumatlarda isə, ikilinin Dubaya istirahətə getdiyi qeyd edilib.

Qeyd edək ki, Itır Esen “2017 Miss Turkey” yarışmasnın qalibi olub. Lakin sosial media hesabında şəhidləri təhqir edən paylaşımdan sonra bu ad ondan alınıb.

 

www.yenicag.az