Ərini itirən əməkdar artistin paylaşımı kövrəltdi: “Dözə bilmirəm, yanına gələcəm…”

Əməkdar artist Gülbahar Şükürlü dünyasını dəyişən əri ilə bağlı “İnstagram” hesabında yeni video paylaşıb. həyat yoldaşı Zahidin öldüyünü heç cür qəbul edə bilməyən Gülbaharın paylaşımı hər kəsi kövrəldib.

Gülbaharın yazdıqları izləyicilərini qorxudub: “Ay başımın tacı Zahid, axı mənə təsəllini sən verirdin. Niyə belə sürpriz etdin? Bəlkə də məni qınayanlar olacaq. Vallah özümdən asılı deyil. Ay Allah, sənə qurban olum, bu nə ağır yol imiş, dözə bilmirəm. Bu gediş nə dəhşət oldu? Zahid, doğrudan heç vaxt gəlməyəcəksən? Sən mənə heç vaxt vəfasızlıq etməzsən axı. Əgər sən gəlməsən, özüm yanına gələcəm. Mənim necə vəfalı olduğumu görəcəksən. Canımın içi, çox yandırdın bizi. Zahid, heç olmasa, yuxularıma gəl, yalvarıram”.