PENTAQONUN “ASİYA ƏJDAHASI” İLƏ SAVAŞI DÜNYANI SİLKƏLƏYİR

ABŞ “Çin səddi”ni yara biləcəkmi? – ARAŞDIRMA

Ergün Diler,

“Takvim”, Türkiyə, 29 yanvar 2019-cu il

 

2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri dünyanın taleyi üçün çox önəmli idi. Əgər Hillari Klinton prezident seçilsəydi, bu gün Çin dünyanın ən güclü dövləti olacaqdı. Ancaq Hillarinin ən yaxın dostu, hardasa, hər həftə ziyarət etdiyi Donald Tramp prezident seçildi.

Trampın seçilməsi Pentaqonun böyük layihəsi idi. Trampın öz kürəkəni Kuşnerlə birlikdə Rotşild ailəsi ilə yaxınlaşması da, bir çox mənada, onun güclənməsinin göstəricisi idi.

Ancaq Ağ Evə göndərilən Tramp, nə Pentaqonun, nə də Rotşild ailəsinin planlarını həyata keçirməyi düşünürdü. Hər kəslə yaxın olmaq, lakin öz yolu ilə getmək istəyirdi. Başında olan bu idi.

Bəzən Pentaqonun, bəzən də Rotşild ailəsinin tələblərini də görən və bunu qəbul edən Tramp, əslində, ölkəni öz planları ilə idarə etmək istəyirdi. Təbii, bu, mümkün deyildi. ABŞ bunu qəbul edə bilməzdi.

Pentaqon, bu durumu erkən anlayınca, hər kəsin tanıdığı xüsusi prokuror Robert Müllerə tapşırıq verdi. Müller Trampı, lazım gələrsə, ailəsini mühasirəyə almağa görə məsuliyyət daşıyırdı. O da bunu uğurla etdi. Ancaq Rotşild ailəsinin təzyiqilə Tramp Pentaqonu çətin vəziyyətə salacaq açıqlamalar da verdi.

Hələ də onun bu cəsarətini görürük. Suriyadan hərbçilərin geri çəkilməsi haqqında verdiyi açıqlama Trampın Pentaqona güc nümayişi idi. Xatırlayın, dəfələrlə “çəkilə bilməzlər” deyərək, yazdım. Səbəbi bu idi. Pentaqon və “dərin ABŞ” izn verməzdi.

Trampın bu addımından sonra Pentaqon fitili daha da alovlandırdı, FTB və Müller vasitəsilə Trampı, demək olar ki, “rus agenti” elan etdi. Bu gün ABŞ-da xalqın, bəlkə də, 35-40%-i Trampın “rus agenti” olduğunu düşünür. Bu rəy belə, Pentaqonun gücünü göstərir. Pentaqon dünyanı idarə etmək üçün onu dəstəkləyən “dərin ABŞ”ın hər bir qərarını həyata keçirməyə məcburdur. Çünki Pentaqonda bunun əksi düşünülə bilməz.

Pentaqon, Çini hədəf seçdi. Nə üçün? Yaxın keçmişə ekskurs etsək, bu günü daha yaxşı anlaya bilərik.

Çin Milli Neft Şirkəti (CNPCİranla anlaşmalar imzalayan kimi, küçə etirazları və embarqolar başladı. Ölkə indi çətin durumdadır.

CNPC Sudan Neft Nazirliyi ilə anlaşmalar imzalayacağını açıqladı, ölkə iki yerə bölündü.

CNPC ilə Liviya anlaşma imzalayacaqlarını açıqladılar, birlikdə hərəkət edəcəklərini elan etdilər, ölkə artaq yaşanması qeyri-mümkün duruma düşdü.

Çinin dövlət nəzarətində olan üçüncü böyük neft istehsalçısı CNOOCNigeriyada 14 neft anlaşması imzaladı. Ayrıca, Çin Nigeriya dəmir yolları şəbəkəsində tək işləməyə başlayacaqdı. Bu açıqlamalardan sonra Nigeriya qarışdı. ABŞ dəstəkli “Boko Haram” ortaya çıxdı, xortladı!

Çinin Ukraynada 50 illiyinə istifadə haqqını almaq istədiyi ərazi Belçika böyüklüyündə idi. Anlaşmalar tamamlandı, addım atıldı. Ölkədə etirazlar başladı. İnqilab oldu. Ölkə sarsılır.

Çinin Rusiya və Türkiyə ilə əldə etdiyi anlaşmalar, xüsusilə Ankara ilə Pekin arasındakı “Yeni İpək Yolu” ilə bağlı anlaşmalar da Vaşinqtonda böyük etirazlara səbəb oldu. ABŞ-ın Rusiya və Türkiyə iqtisadiyyatına hücum etməsinə də bu perspektivdən baxmaq lazımdır. Çin bizə əlini uzatdı, dollarla gəldilər.

Səudiyyə Ərəbistanının sabiq vəliəhd-şahzadəsi Nayefin Çinlə yaxınlaşmasının, ardınca başqa önəmli şahzadələrin Çinlə ortaqlıq etməsinin nəticələrini də gördük. Bir oteldə həbs edilən şahzadələr işgəncə altında öz sərvətlərini verməyə məcbur oldular.

Ona görə Pentaqon ABŞ-ın əvvəlki gücünü qoruması və dominant güc olması üçün Çinin olduğu hər bir yerdə olacaq.

Vaşinqton artıq açıq şəkildə əməliyyat keçirir. Həm də keçmişdə İraqın işğal edilməsi öncəsi etdiyi kimi, “kimyəvi silah var” deməyə belə ehtiyac duymur…

Venesuelada birini Prezident elan edir və 19 ölkə ona uyur. Qəribədir, lakin mənzərə budur.

Ona qarşı çıxanlar hansı ölkələrdir? Rusiya, Türkiyə, İran, Çin, Sudan, Liviya və daha bir neçə ölkə. Yəni, Çinlə əlaqələrini gücləndirdikdən sonra böyük hücuma məruz qalan ölkələr.

ABŞ nə Aralıq dənizini, nə Afrikanı, nə Orta Şərqi, nə də Latın Amerikasını Çinə buraxmaq niyyətində deyil. Müharibənin səbəbi budur. Hadisələrə bu prizmadan baxılmazsa, heç bir şey anlaşılmaz.

Pentaqon, Çinə bir hərbi dərs də vermək niyyətindədir. Bu ehtimal heç də az deyil. Çünki ABŞ basqın əməliyyatı ilə Çini hərbi mənada küncə sıxışdıracaq bir həmlə planlaşdırır. Bu, nə vaxt ola bilər? Çox böyük ehtimalla, bu il.

Stiv Bennon və komandası bunu uzun müddətdir ki, dilə gətirir.

Çini böyüdən ABŞ indi onu bitirmək istəyir. Çünki Çində, başda Rotşild ailəsi olmaqla, Vaşinqtonu mühasirəyə almaq istəyən güclər görüşür.

Bu il çox hərəkətli, çox aktiv olacaq. Ailələrlə dərin strukturlar toqquşacaq. Hər yerdə şiddətli toqquşmalar olacaq. Bir yanda pul, digər yanda silah və pul…

Tərcümə Strateq.az-ındır

Shares