“Bu virus hər kəsdə var…” – Baş epidemioloq

“Hazırda ölkədə А/H1N1 virusu ilə bağlı hər hansı bir narahatlığa səbəb olacaq hal yoxdur”.

Reportyor.az  xəbər verir ki, bu sözləri qafqazinfo-ya ölkənin baş epidemoloqu İbadulla Ağayev məsələylə bağlı bildirib ki, müayinə zamanı vətəndaşların boğazından yaxma götürülür:

“Bu, elə bir şeydir ki, səndən, məndən də analiz götürülsə, çıxma ehtimalı yüksəkdir. Bu virus hər kəsdə var. Sadəcə, orqanizm zəifləyəndə özünü biruzə verir. Hazırda, sadəcə, havaların soyuması ilə əlaqədar olaraq mövsümü qriplər var.

Qorxulacaq, təşvişə səbəb olacaq heç bir şey yoxdur. Adi bir haldır, şişirdilir”.

Shares