ABŞ İlham Əliyevlə Paşinyanı Vaşinqtona dəvət etdi – Qarabağda yeni PLAN

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti görüşü Vaşinqtonda ola bilər. Bu məlumatı Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan açıqladı. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə apreldə XİN rəhbərlərinin Moskva görüşündən sonra bildirmişdi ki, Vaşinqton nazirlərin yeni görüşünü ABŞ-da təşkil etməyi təklif edir.

ABŞ da öz növbəsində açıqladı ki, münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəkləyirlər, lakin görüşün yeri və vaxtı hələlik bəlli deyil. Ortada sadəcə olaraq təşəbbüs var, amma Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində ABŞ və Rusiyanın təşəbbüsü ələ almaq uğrunda diplomatik mübarizə apardığı müşahidə olunur.

Reportyor.az  xəbər verir ki, erməni şərhçi Aram Amatuni Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinə dair hansısa planının olduğunu yazıb.

“Maraqlıdır ki, Məmmədyarov Vaşinqtonda XİN rəhbərlərinin görüşündən danışandan sonra, Mnatsakanyan liderlərin görüşə biləcəyini açıqladı. Yer və vaxt məlum deyil, lakin burada əsas olan Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda hansısa beynəlxalq tədbir çərçivəsində, yoxsa, xüsusi səviyyədə görüşməsidir. Əgər liderlər ikitərəfli görüş üçün Vaşinqtona səfər edəcəksə, bu, olduqca əhəmiyyətli məqamdır”, – deyə bildirib.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle