AFFA-nın gəlir və xərcləri məlum oldu

2018-ci ildə AFFA-nın büdcəsinə 25 milyon 456 min 685 manat vəsait daxil olub.

Reportyor.az -ın məlumatına görə, bu barədə qurumun Hesabat Konfransında bildirilib.

Maliyyə və Mühasibat Departamentinin hesabatına əsasən, bu məbləğin 11 milyon 50 min 500 manatı AFFA-nın baş sponsoru olan SOCAR-ın hesabına düşür.

Vəsaitin 3 milyon 54 min 145 manatı UEFA-dan, 4 milyon 173 min manatı milli komandanın yayım hüququndan, 3 milyon 404 min 162 manatı FİFA-dan, 2 milyon 909 min 172 manatı “AzərİdmanServis” şirkətindən, 172 min 726 manatı “Bakcell”dən, 118 min manatı “Paşa Sığorta”dan, 53 min 100 manatı “Boulevard Hotel”dən, digər 521 min 880 manat isə başqa mənbələrdən assosiasiyanın hesabına daxil olub.

Qurum 2018-ci ildə ümumilikdə 20 milyon 201 min 286 manat xərcləyib.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle