“Ailəmdən dəyərli heç nə yoxdur” – Safurə

Bu gün “Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyevanın ad günüdür.

Reportyor.az -ın məlumatına görə, keçmiş müğənni təəssüratlarını İnstaqram səhifəsində paylaşıb. Həyat yoldaşı Fərhad Əliyevlə şəklini yayımlayan Safurə səhnə üçün heç darıxmadığını deyib:

“Bu gün bütün dəqiqələrə və ətrafımda baş verənlərə aludə olmağa çalışdım. Oğlum ağlayıb şokolad istəyirdi, qızım isə özündən böyük gecə geyimində idi.  Dərsdən gələn oğlunu götürmək üçün aşağıya enən ata… Bu, həyatda kiçik, amma önəmli olan məqamdır. Allahıma mənə verdiyi gözəl həyata görə təşəkkür edirəm.

Mənə tez-tez verilən “Səhnə üçün darıxırsınız? Yenidən oxumaq istəyirsiniz” sualına cavab verəcəm. Bu da sizə cavabım: Mənim üçün ailəmdən dəyərli heç nə yoxdur. İstəyirəm ki, hər səhərim və axşamım bu cür hadisələrlə açılıb, başa çatsın. Yanında sevdiyin ərin, pozitiv oğlun və gözəl qızın olanda, hər şey əladır”.

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu ilə ailəlidir.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle