Amerikalı komandandan TƏHLÜKƏLİ SİQNAL! – “O bölgədə gücümüzü artırmalıyıq”

Hurriyyet.org xəbər verir ki, Amerikanın Mərkəzi Qüvvələrinin komandiri general-leytenant Frank Makkenzi ABŞ-ın bölgədə İrana qarşı hərbi varlığını daha da artıracağına işarə edib.

Hind okeanındakı Ümman dənizində olan təyyarə gəmisi “USS Abraham Linkoln” gəmisində çıxış edən Frank Makkenzi İrana qarşı “tarazlığı təmin eləmək” üçün Yaxın Şərqdəki ABŞ qüvvələri artırmağı təklif edə biləcəyini söyləyib. O, hazırda bölgədə mövcud olan ABŞ hərbi varlığının İrandan gələ biləcək təhdidləri azaltdığını iddia edərək, bu vəziyyəti qərarının səbəbi olaraq göstərib.

“Burada olmağınızın səbəbi mənəm”

Təyyarə gəmisindəki 6 min nəfərə qədər hərbçiyə xitab edən Makkenzi deyib: “Burada olmağınızın səbəbi mənəm. Sizi buraya gətirməkdə niyyətim vəziyyətin sabitləşməsinə nail olmaqdır. İranın axmaqcasına bir şey eləməyin vaxtı olmadığını bilməsini təmin eləməkdir”.

General əlavə hərbi tərbirlərin nədən ibarət olduğu məsələsində detalları açıqlamayıb.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle