Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayıb

Bu gündən ölkəmizdə “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimləri başlayıb.

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə təlimlərə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb edilib.

Mayın 3-dək keçiriləcək təlimlərin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti təlimdə iştirak etmək üçün aprelin 22-də Azərbaycana gəlib./ONA/

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle