Azərbaycanlı rejissor dünyaya səs salan LAYİHƏYƏ İMZA ATDI – İNANILMAZ KADRLAR

Azərbaycanlı rejissor, ssenarist və operator Rec Rəvan “Aporia: Kiyamet deneyi” adlı filmi ilə dünyaya səs salmağa iddialıdır.

Reportyor.az xəbər verir ki, qorxu və döyüş janrında çəkilən ekran işi Azərbaycan, Türkiyə və Amerikanın ortaq istehsalıdır. Ssenarisini yazdığı və rejissorluğunu Rec Rəvanın etdiyi filmdə baş rolları Aysel Yusubova, Pərviz İsmayılov, Mübariz Səmədov, Rahim Qocayev, Lalə Məmməd, Taleh Urfansoy və başqaları ifa edib. Layihə 12 iyuldan etibarən Türkiyə kinoteatrlarında nümayiş olunacaq. Azərbaycana gəlməsi isə oktyabr-noyabr aylarına nəzərdə tutulur. Filmin hətta “Netflix” və “Amazon”da yayımlanması haqqında danışıqlar gedir.

Treylərin dünən yutub kanalında təqdim olunmasına baxmayaraq, film indidən sosial şəbəkələrdə böyük diqqət çəkib. Ekran işi qəsəbə sakinlərinin kimliyi bəlli olmayan bir qrup silahlı tərəfindən əsir alınaraq dəhşətli inşəngəcələrə məruz qalmasından və öldürülməsindən bəhs edir. Silahlı təşkilat insanlar üzərində müxtəlif sınaqlar keçirməyə başlayır, lakin gözlənilməz hadisələr sınaqların uğursuzluqla başa çatmasına səbəb olur. Odur ki, üzərində uğursuz təcrübələr aparılmış insanlar qəsəbədən uzaq bir dağın başına aparılıb güllələnir. Əsas hadisələr də bundan başlayır…

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle