“Azərsu” “Hürriyyət”in yazısına REAKSİYA VERDİ

Anar Cəbrayıllı: “Qəza və profilaktik işləri çıxmaq şərtilə, S.Cəfərov küçəsində daim stabil təzyiq var”

Ötən sayımızda “Qorxmaz Hüseynov sakinləri su üzünə həsrət qoyub” başlıqlı yazı dərc olunub. Qeyd edək ki, sözügedən məqalədə, paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin sakinlərinin müraciətinə əsasən, ötən ilin yay aylarından etibarən adıçəkilən qəsəbənin S.Cəfərov küçəsinə verilən suyun təzyiqinin zəif olduğu, pik saatlarda, yəni insanların evdə olduğu vaxtlarda isə ümumiyyətlə, suyun verilmədiyi bildirilib.

Nəzərinizə çatdıraq ki, mövzu ilə bağlı qarşı tərəf olaraq mövqeyini bildirən “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı isə yazıda qeyd olunan “Təxminən, 2 aydır ki, qəsəbəmizə, əsasən də S.Cəfərov küçəsinə içməli su uzun intervalla verilir, özü də aşağı təzyiqlə” ifadəsi ilə razılaşmadığını dedi: “Orda təmir və ya profilaktik işlərlə bağlı müəyyən müddətlərdə su kəsintisi baş verib. Amma həmin ərazidə, yəni S.Cəfərov küçəsindəki 29 ədəd 9 mərtəbəli bina bizim ilk pilot layihəmiz olub. Orda hidrofor sistemi qurulub, tam yeni xəttlər çəkilib. Qeyd edim ki, su sayğacları bloklara, pilləkən qəfəslərinə ilk dəfə həmin binalarda çıxarılıb. Qəza və profilaktik işləri çıxmaq şərtilə, orda daim stabil təzyiq var. Odur ki, həmin ərazidə yaşayan insanları normal qaydada su ilə təmin edə bilirik”.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle