“Azad Rəhimov oğlunun əyləncəsini…” – Hafiz Hacıyevdən “Formula 1” açıqlaması

Bu gün Bakı Şəhər Halqası ilə “Formula 1” Şirkərlər Qrupu arasında yeni müqavilə imzalanıb.

Bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Onun sözlərinə görə, yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Formula 1” yarışının Azərbaycanda keçirilməsini istəmədiyini bildirib. O, Azad Rəhimovu sərt şəkildə tənqid edib:

“Azad Rəhimovun oğlunun bu oyunların keçirilməsindən nəsə qazanması bizim ölkəmiz üçün mənfi haldır. Bizə o maşınları gətizdirib, Bakıda sürdürmək lazım deyil. Bu yarışın keçirilməsinə neçə milyonlarla pul ayrılıb. “Forumla 1” yarışlarının keçirilməsi Dağlıq Qarabağ problemini həll edib? Əlbəttə ki, yox! Bu yarışın keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə imicinə müsbət təsir göstərib? Əlbəttə ki, yox! Belə xərclərə yol vermək olmaz. Cənab prezident hər zaman deyir ki, xalqa xidmət etmək lazımdır. Xalqın problemlərini həll etmək üçün çalışmaq lazımdır. Kiminsə oğlu yarışın həvəskarıdırsa, bunu gətirib Azərbaycanda tətbiq etmək yersizdir. Azad Rəhimov hörmətim olan insandır. Biz bir yerdə işləmişik. O fikirləşməlidir ki, ölkənin ağır durumunda milyonlarla pulu 3-4 nəfəri Bakıya gətizdirmək üçün xərcləmək lazım deyil. Buna ehtiyac yoxdur. Azərbaycanın kifayət qədər sosial problemləri var. Bu da insanları qıcıqlandırır. Azad Rəhimov oğlunun əyləncəsini başqa yerdə keçirsin. Biz bütün günü xalqın arasında təbliğat işləri aparırıq. Bunlar da gəlib qaysaqlayan yaraya duz basırlar ki, ay millət, biz sizi saymırıq. “Formula 1” indiyədək Azərbaycana heç nə verməyib, bundan sonra da verən deyil. Bu, Azad Rəhimovun oğlunun biznesidir. İstərdim ki, nazir bu məsələdə geri dönsün. “Formula 1″ə xərclənən pulları müəllimlərin, həkimlərin, pensiyaçıların, veteranların maaşlarına əlavə etsinlər. Yoxsa kiminsə oğlunun hobbisinə xərcləməsinlər”.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle