“Bakı Londondan elə də uzaq deyil” – Rober Pires

“UEFA Avropa Liqasının final oyunu kimi mötəbər tədbirə ev sahibliyi etmək Azərbaycan və xüsusilə Bakı üçün çox gözəl imkandır. Xüsusi məqam odur ki, finalda iki London komandası qarşılaşacaq – “Arsenal” və “Çelsi”.

Bunu “Arsenal”ın və Fransa yığmasının sabiq yarımmüdafiəçisi Rober Pires bildirib.

“Mən karyeramın 6 ilini “Arsenal”da keçirmişəm və əlbəttə ki, finalda bu komandanı dəstəkləyəcəyəm. Bundan əlavə, mən komandanın özündə səfir kimi fəaliyyət göstərirəm. “Arsenal” burda oynayacağından da bu titulu yenidən qazanmağını gözləyirəm”, – deyə R. Pires bildirib.

Bakının uzaq olduğu fikrini şərh edən sabiq futbolçu qeyd edib ki, bu, heç də belə deyil: “Fikrimcə, Bakı o qədər də uzaq deyil. Təyyarə ilə cəmi 5 saatlıq yoldur. Bu, həm “Çelsi”, həm də “Arsenal” azarkeşləri üçün yeni bir ölkəni, yeni bir şəhəri kəşf etmək üçün gözəl bir imkandır. Ona görə Bakının uzaq olduğunu deməzdim”.

Qeyd edək ki, “Çelsi” – “Arsenal” matçı mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq. /ONA/

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle