“Bakı Medical Plaza”-da növbəti ölüm hadisəsi

Bakının məşhur klinakalarından biri “Bakı Medical Plaza”-nın Babək filalında may ayının 5-də növbəti ölüm hadisəsi baş verib. Iki  gün əvvəl klinikanın reanimasiya şöbəsinə daxil olan 4 yaşlı qız uşağı  dünyasını dəyişib. Bu hadisə uşağın valideyinləri və onun qohumları üçün nə qədər ağır olsa da, bundan sonra klinikada baş verən hadisələr onları dəhşətə gətirib. Belə ki, klinikanın reanimasiya şöbəsi uşağın cəsədini valideyinlərinə vermək əvəzinə  onlara problem yaradıblar.  Bu problem isə tibb mərkəzi tərəfindən uşağın dünyasını dəyişməsi barədə arayışı  verməkdən imtina etməsi olub. Körpənin səhər tezdən dünyasını dəyişməsinə baxmayaraq, klinikanın əməkdaşları  uşağın cəsədinin  arayış verilmədən götürməsini ya da təcili yardım cağrıb  uşağın  həlak olması barədə arayışı onlardan  almalarını bildirıblər. Baxmayaraq ki, ağır vəziyyətdə klinikaya daxil olan xəstəyə  iki gün reanimasiya şöbəsində tibbi  xidmətlər göstərilmiş  və bu xidmətlərə görə klinikanın kassasına müəyyən miqdarda vəsait ödənilmişdir.Görəsən, həmin gün  körpə balasını itirmiş valideyinlərin və onun qohumlarının keçirdikləri streslərə görə kimsə cavab verəcəkmi.  Görünür  “Bakı Medikal Plaza”-nın  rəhbərlərini bu elə də maraqlandırmır. Onları maraqlandıran əsas məsələ bu ölüm hadisəsi barədə yuxarl istansiyalara məlumatın verilməməsidir. Birdə hər gün televiziyada və mətbuatda  əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərməsi reklam olunan  “Bakı Medical Plaza”  barədə belə bir məlumatın yayılması onların  imicinə və əldə etdikləri gəlirlərə öz təsirini göstərə bilər.

 

 Aygül Süleymanova,

“Yeni Sözçü” qəzeti

 

    

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle