Bakı-Novorossiysk kəməri ilə neft nəqli nə vaxt bərpa olunacaq?

Bu ilin iyulun 1-dən etibarən Bakı-Novorossiysk kəməri ilə neft nəqli bərpa olunacaq.

Bunu jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.

Onun sözlərinə görə, kəmər üzərində təmir işləri davam etdirilir və bu istiqamət üzrə neftin nəqli iyulun 1-də bərpa olunacaq.

Qeyd edək ki, SOCAR Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqlini bu ilin mart ayında dayandırıb, bu da kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədardır.

Ötən il SOCAR Bakı-Novorossiysk boru kəməri ilə təxminən 1,3 mln. ton neft nəql edib. 2017-ci ildə bu göstərici 1,5 mln. ton təşkil edib. Bundan öncə bildirildi ki, 2019-cu ildə Bakı-Novorossiysk boru kəmərinin 1,5 mln. ton neft ixrac etməsi planlaşdırılır.

Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1,147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometrdir./ona/

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle