Bakıda 41 yaşlı kişini girov götürdülər – 10 MİN MANAT TƏLƏB EDİRLƏR

Bakıda 41 yaşlı kişi girov götürülüb.

Reportyor.az xəbər verir ki, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Səbirə İsrafil qızı Bəxtiyarova Nizami rayon Polis İdarəsinı ərizə ilə müraciət edərək oğlu, 1978-ci il təvəllüdlü Yasin Bəxtiyarovun mayın 28-də paytaxtın M.Şərifli küçəsindən qaçırıldığını bildirib. O, şikayət ərizəsində qeyd edib ki, oğlunu 3 naməlum şəxs silahla hədələyərək avtomobilə mindirərək naməlum istiqamətdə aparıblar. Həmin şəxslər ondan övladını azad etmək üçün 10 min manat pul tələb ediblər. Qadın tələb olunan pulun 8 min manatını verib.

Daxil şikayət əsasında araşdırmalara başlanıb.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle